Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Vətən müharibəsi əlili: Biz Vətənimizi evimizi qoruyurduq

Vətən müharibəsi əlili: Biz Vətənimizi evimizi qoruyurduq

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Mən müharibəni yalnız filmlərdən izləmişdim. Onun insanlara yaşatdığı ağrı-acını, faciəni təsəvvür etmirdim. Bizdən əvvəlki nəsillər ötən əsrin 90-cı illərində gözlənilmədən savaşa cəlb olunduqları, ölkənin ərazi bütövlüyünü qoruduqları kimi, mən və hərbçi yoldaşlarım da anidən döyüşlərin iştirakçısına çevrilmişdik. Biz Vətənimizi - evimizi qoruyurduq. Bir zamanlar filmlərdə gördüyümüz döyüş səhnələrini canlı-canlı yaşayırdıq".

Oxu.Az "Kaspi" qəzetinə istinadən xəbər verir ki, bu fikirlər III qrup Vətən müharibəsi əlili Cavid Hüseyn oğlu Aşirova məxsusdur.

O, 1999-cu ildə Bakıda anadan olub, 2016-cı ildə 53 saylı tam orta məktəbi bitirib. 2016-2020-ci illərdə Bakı Dövlət Universitetində turizm və hotelçilik ixtisası üzrə ali təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Ağcabədi rayonundakı "N" saylı hərbi hissənin artilleriya divizionunda topçu kimi xidmətə başlayıb.

Düşmən aviasiyasının atəşi nəticəsində yaralanıb

C.Aşirov hərbi xidmətinin üçüncü ayında ordumuzun əks-hücum əməliyyatlarına cəlb olunub. O, digər topçu əsgərlərlə birlikdə Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində irəliləyən hərbçilərimizə artilleriya dəstəyi verib, düşmənin mühəndis-istehkam qurğularının, yüksəklikdə yerləşən döyüş mövqelərinin darmadağın edilməsində şücaət göstərib. Oktyabrın 20-də düşmən aviasiyasının atəşi nəticəsində yaralanıb. Bununla da onun döyüş yolu sona çatıb. Əvvəlcə səhra hospitalında, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, ardınca Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunub və ordudan tərxis edilib.

"Əsgər yoldaşlarım olmasaydı, həyatımı itirə bilərdim"

C.Aşirov o anları belə xatırlayır: "Vətən müharibəsi başlayan gündən bizim hərbi hissə döyüşlərə cəlb olundu. Həmin dövrdə bizim hərbçilər hər gün irəliləyirdi deyə, zaman-zaman biz də mövqelərimizi dəyişir, piyada birləşmələrə atəş dəstəyi vermək üçün daha irəlidə yeni mövqelər seçməli olurduq. Beləcə Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində xeyli irəlilədik. Sonuncu dəfə Qubadlının Balasoltanlı kəndində yeni mövqelərdə möhkəmlənmişdik. Elə bu vaxt səmada pilotsuz uçuş aparatı gördük. Düşmən yerimizi müəyyən etmişdi. Cəld şəkildə mövqeləri dəyişməyə, ərazidən uzaqlaşmağa çalışdıq. Lakin düşmənin güclü atəşi altında bunu tam başa çatdıra bilmirdik. Minaatan mərmiləri yağış kimi başımıza yağırdı. Mərmi qəlpələrindən yayınmaq üçün xüsusi xəndəklərdə, daldanacaqlarda gözləyirdik ki, şəxsi heyəti, silah-sursatı qoruya bilək. Artilleriya atəşinin ardınca düşmənin hərbi aviasiyası səmada göründü. Bizə tərəf irəliləyən qırıcı təyyarə gövdəsindən üzərimizə kasetli bomba atdı. Qəlpələr yanımdakı əsgər yoldaşım Səyyad Ağahüseynlini, mayor Sadiq Həsənovu ağır yaraladı və onlar şəhidlik zirvəsinə ucaldılar. Mənim isə hər iki ayağımı, dizlərimi, kürəyimi qəlpə yaralamışdı. Sağ ayağımın diz qapağı tamamilə parçalanmışdı. Ayağa durmağım, yaxud sürünərək hərəkət etməyim qeyri-mümkün idi. Əsgər yoldaşlarım olmasaydı, ilkin yardım göstərilməsəydi, qanaxmadan mən də həyatımı itirə bilərdim".

"Döyüş yoldaşlarım əsl qəhrəmanlıq nümayiş etdirdilər"

C.Aşirov döyüş meydanından onu çıxaran əsgərlərin əsl qəhrəmanlıq göstərdiklərini bildirdi: "Təsəvvür edin ki, hər yan odun-alovun içindədir. Ətrafda davamlı olaraq minaatan mərmisi partlayır, müxtəlif istiqamətlərə qəlpə səpələyir. Altı əsgər yoldaşım yaralandığımı görüb qorxub-çəkinmədən məni ayaqlarımdan, bədənimdən, qollarımdan tutub kənara daşıyırdılar. Elə bu vaxt düşmən təyyarəsinin təkrar bizə tərəf istiqamətləndiyini gördüm. Əsgər yoldaşlarıma əvvəl qışqıraraq, hədə-qorxu gələrək, sonra yalvararaq dedim ki, məni atın yerə, özünüz daldanacağa çəkilin, yoxsa mənə görə siz də həyatınızı itirəcək, yaxud yaralanacaqsınız. Onların heç biri buna məhəl qoymadı. Hətta qırıcı təyyarə ikinci dəfə gövdəsindən kasetli bomba atmağına, qanadlarındakı raketdən istifadə etməyinə baxmayaraq, döyüş yoldaşlarım qorxmazlıq, əsl qəhrəmanlıq nümayiş etdirdilər, yaralı silahdaşlarını döyüş meydanında qoymadılar. Onların və ilkin tibbi yardım göstərənlərin sayəsində həyatda qaldım. Həyatımı onlara borcluyam".

"Müharibədə qəhrəmanlıq an məsələsidir"

Həmsöhbətimiz deyir ki, müharibədə qəhrəmanlıq an məsələsidir: "Bizim batareyada arıq, çəlimsiz, sakit bir əsgər yoldaşımız var idi. Müharibə günlərində onun daha çox narahatlıq yaşadığını, gərgin olduğunu hiss edirdik. Onunla söhbət edir, mənəvi-psixoloji dəstək olmağa çalışırdıq ki, ruh düşkünlüyü yaşamasın. Amma mən yaralananda onun necə qorxuya qalib gəldiyini, özünü itirmədiyini müşahidə etdim. Bunu həmin əsgər məni yaralı halda döyüş meydanından çıxarıb deyə söyləmirəm. Həmin an mərmi qəlpələri yanımda sipər alan bir zabit və əsgəri həyatdan məhrum etmişdi, mən yaralıydım, ətraf qan, od-alov içində idi. Amma o, özünü itirmədən başımın üstündə dik dayanmışdı və daldanacaqdakı digər əsgərləri köməyə səsləyirdi. Sona qədər yanımdan getmədi. Halbuki həlak olması an məsələsi idi".

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla C.Aşirovun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilib. O, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb. Hazırda dövlət qurumlarından birində çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri