Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Naxçıvanda Vətən müharibəsindən sonra 40 şəhid ailəsi, 45 müharibə əlili mənzillə təmin olunub

Naxçıvanda Vətən müharibəsindən sonra 40 şəhid ailəsi, 45 müharibə əlili mənzillə təmin olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 27 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sarayın foyesində Anım Gününə həsr edilmiş sərgi ilə tanış olub. Sərgidə Naxçıvan şəhidlərinin fotolarından ibarət banner, onların şanlı döyüş yoluna həsr olunmuş kitablar və rəsm əsərləri nümayiş etdirilib. Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin və Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdləri zəfər motivlərini əks etdirən rəsmlərini təqdim ediblər.

Tədbirin açılış hissəsində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Naxçıvan Dövlət Filarmoniyanın xor kollektivinin ifasında Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək bildirib ki, 5 il əvvəl Azərbaycan xalqı və ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalətin bərpası naminə başladığı 44 günlük Vətən müharibəsində böyük zəfər qazandı. Qəhrəman oğullarımızın qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi, antiterror tədbirləri ilə isə suverenliyimiz təmin olundu. Azərbaycan xalqı hər zaman şəhidlərini minnətdarlıqla yad edir, onların ailələrinə və müharibə iştirakçılarına dərin hörmətlə yanaşır.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, bu tarixi qələbənin qazanılmasında Prezident İlham Əliyevin qətiyyətli siyasəti, prinsipial mövqeyi və Ali Baş Komandan kimi rəhbərliyi həlledici rol oynadı. Bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fədakar fəaliyyəti xüsusi yer tutur. Mehriban xanımın humanist fəaliyyəti, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət, həm də Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi geniş layihələr dövlət-xalq birliyinin bariz nümunəsidir.

“Hər bir şəhid ailəsi, qazi bizim üçün əziz və dəyərlidir”, – deyən Fuad Nəcəfli diqqətə çatdırıb ki, mövcud qanunvericilik çərçivəsində şəhid ailələri və qazilər dövlətin xüsusi qayğısı ilə əhatə olunub, onların sosial təminatı və rifahının yaxşılaşdırılması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən son illərdə imzalanan fərman və sərəncamlarla şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial müdafiəsi gücləndirilib. 2018-2025-ci illər ərzində icra edilən 5 sosial islahat paketi bu kateqoriyadan olan şəxslərin ödənişlərini, pensiya və təqaüdlərini dəfələrlə artırıb. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Təkcə Vətən müharibəsindən sonrakı dövrdə muxtar respublikada 40 şəhid ailəsi, 45 müharibə əlili mənzillə təmin olunub, 86 nəfərə avtomobil verilib. Ümumilikdə isə bugünədək 80 şəhid ailəsi, 190 müharibə əlili mənzil və fərdi evlərlə, 367 nəfər isə avtomobillərlə təmin edilib. Həmçinin tarixi zəfərdən sonrakı postmüharibə dövründə 76 şəhid ailəsi üzvü, 65 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxs digər sosial proqramlara cəlb olunub. Bundan əlavə, Naxçıvanda xüsusi olaraq şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dəstək məqsədilə yaradılan “Dəstək” Fondu tərəfindən bu günə qədər imtiyazlı şəxslərə 2 milyon 100 min manatdan artıq vəsait ayrılıb ki, bunun da 207 min 312 manatı məhz cari ilə təsadüf edir. Bu, dövlət və cəmiyyət həmrəyliyinin bariz nümunəsidir.

“Bu gün şəhidlərimizin ruhu şaddır, çünki onların uğrunda can verdikləri müqəddəs torpaqlar artıq azaddır. Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Xankəndidə və digər azad edilmiş torpaqlarda üçrəngli Dövlət Bayrağımız dalğalanır”, - deyən səlahiyyətli nümayəndə ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, şəhid ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı, uzun ömür arzulayıb.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov 27 sentyabrın qürurlu bir gün olduğunu vurğulayaraq qeyd edib ki, məhz həmin tarixdən başlayan 44 günlük şanlı döyüş yolunda qəhrəman övladlar tarix yazdı. Bu gün vətənpərvər övladlarımızın sayəsində firavan və suveren Azərbaycanda yaşayırıq.

Şəhid Zülfü Rzayevin anası Mehparə Rzayeva dövlətimizin hər zaman şəhid və qazi ailələrinin yanında olduğunu minnətdarlıqla qeyd edib, şəhidlərimizin Qarabağın yaralarına məlhəm olduğunu qürurla vurğulayıb.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Təbriz Zeynalov Azərbaycan Ordusunun şanlı döyüş yolundan söz açıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrətinin, xalqımızın milli iradəsinin və qələbə əzminin dünyaya nümunə olduğunu qeyd edib.

Tədbirdə Naxçıvan televiziyasının 27 Sentyabr - Anım Günü ilə bağlı hazırladığı film və Naxçıvan Dövlət Uşaq Teatrının kollektivinin kompozisiyası nümayiş etdirilib, şəhid Tağı Abdullazadənin oğlu Yusuf Abdullazadə “27 sentyabr” şeirini səsləndirib.

Sonda üçrəngli Azərbaycan Bayrağı səhnəyə gətirilib, sürəkli alqışların fonunda dalğalandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see232

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see209

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see208

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see207

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see188

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see183

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see157

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see150

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see144

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri