Icma.az
close
up
RU
Vətən müharibəsi əlili çıxılmaz vəziyyətdə: “20 manata fəhlə işləyirəm”

Vətən müharibəsi əlili çıxılmaz vəziyyətdə: “20 manata fəhlə işləyirəm”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Vətən müharibəsində xüsusi təyinatlı kəşfiyyatçı kimi döyüşmüş, iki dəfə yaralanmış ehtiyatda olan gizir Orxan Mikayılov ciddi problemlə üzləşdiyini iddia edir. 2021-ci ildə ona təyin edilən II qrup əlilliyin müddəti başa çatdıqdan sonra yenidən əlillik təyin olunması üçün müraciət edən keçmiş hərbçiyə imtina cavabı verilib. Bundan başqa, onun hərbi xidmət dövründə ştat məsələsində yol verilmiş səhvin də illərdir düzəldilmədiyi bildirilir.

Mikayılov Orxan Zülfüqar oğlu Musavat.com-un redaksiyasına müraciət edərək hər iki problemin araşdırılmasını istəyib.

1990-cı ildə Neftçala rayonunda anadan olan Orxan Mikayılov Azərbaycan Ordusunda 13 ildən artıq xidmət edib. O, son beş ildə Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun, əvvəlki adı ilə 218 nömrəli Əlahiddə Kəşfiyyat Taborunun xüsusi təyinatlı kəşfiyyat bölüyündə gizir kimi xidmət etdiyini bildirir.

Şikayətçinin sözlərinə görə, Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edib və iki dəfə yaralanıb. Aldığı xəsarətlər güllə yarası və qapalı kəllə-beyin travmasıdır. Orxan Mikayılovun ilk şikayəti əlilliyinin yenidən təyin edilməsindən imtina olunması ilə bağlıdır.

O.Mikayılov bildirib ki, 2021-ci ildə ona II qrup əlillik təyin edilib. 2026-cı ilin avqust ayında əlilliyin müddəti başa çatdıqdan sonra yenidən müvafiq müraciət edib. Lakin noyabrın 3-də ona imtina cavabı verilib. İmtinanın əsaslandırılması kimi təqdim olunan diaqnozun əlillik təyin edilməsi üçün kifayət etmədiyi bildirilib.

Keçmiş hərbçi isə bu qərarla razılaşmır. Onun sözlərinə görə, 2020-ci ildən 2026-cı ilin oktyabr ayınadək 560 gündən artıq müddətdə xəstəxanalarda müalicə alıb.

“Döyüş zamanı aldığım güllə yarası və qapalı kəllə-beyin travması səhhətimə ciddi təsir göstərib. 560 gündən artıq xəstəxanalarda müalicə almışam. Bütün bunlara baxmayaraq, əlilliyimin davam etdirilməsindən imtina edilməsi mənim üçün ciddi narahatlıq doğurur. Mənim sağlamlığımda yaranmış problemlər və müalicə tarixçəm nəzərə alınmalıdır”, – deyə şikayətçi bildirib.

Mikayılov qeyd edib ki, əlillik hüququnun dayandırılması onun sosial və maddi vəziyyətini daha da ağırlaşdırıb. O, hazırda əmək qabiliyyətinin məhdud olduğunu, dolanışıq üçün 20 manata fəhlə işləməyə məcbur qaldığını deyir.

Orxan Mikayılovun ikinci şikayəti hərbi xidmət dövründə ştat məsələsində yol verilmiş səhvin aradan qaldırılmaması ilə bağlıdır. Onun sözlərinə görə, 24 iyul 2021-ci ildə 218 nömrəli Əlahiddə Kəşfiyyat Taboru ləğv edilərək onun bazasında Komando Briqadası yaradılıb. Həmin vaxt o da bu hərbi hissədə xidmət edib. Lakin əvvəlki komandir heyətinin yol verdiyi səhv nəticəsində yeni ştat cədvəlinə daxil edilməyib.

Şikayətçi bildirib ki, yeni ştat hərbi hissəyə daxil olduğu gündən 21 avqust 2021-ci ilədək həmin hərbi hissədə xidmətini davam etdirib. Onun fikrincə, həmin dövrdə sənədləşmədə yol verilmiş nöqsan sonradan aradan qaldırılmalı, hüquqları bərpa edilməlidir.

Mikayılov iddia edir ki, analoji hallarda digər hərbi qulluqçuların sənədlərində düzəlişlər edilsə də, onun müraciətləri nəticəsiz qalıb:

“Bu məsələ ilə bağlı Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli şəxslərinin qəbulunda olmuşam. Sonuncu dəfə 2025-ci ilin sonlarında general-polkovnik Hikmət Mirzəyevin qəbulunda olmuşam. Qəbul zamanı mənə bildirildi ki, gizir rütbəsində olduğum müddətdə vaxtında ştata daxil edilməli idim. Lakin bu günə qədər məsələ öz həllini tapmayıb”.

Şikayətçi qeyd edib ki, Müdafiə Nazirliyinə dəfələrlə, təqdim etdiyi sənədlər və sübutlarla müraciət etsə də, problemin həllinə nail ola bilməyib. Orxan Mikayılovun sözlərinə görə, onun ailəsi də hərbçi ailəsidir. Həyat yoldaşı 18 ildir Azərbaycan Ordusunda xidmət edir, Vətən müharibəsində və 2020-ci ildən etibarən keçirilən digər hərbi əməliyyatlarda, o cümlədən lokal xarakterli antiterror əməliyyatında iştirak edib. Hazırda da hərbi xidmətini davam etdirir.

Mikayılov bildirib ki, hər ikisi həyatını Vətənə xidmətə və dövlətin müdafiəsinə həsr edib. Buna görə də yaşadıqları problemlərin həll olunmaması ailə üçün əlavə çətinlik yaradıb.

“Mən Vətən müharibəsində ön cəbhədə xüsusi təyinatlı kəşfiyyatçı kimi döyüşmüş, Vətən uğrunda sağlamlığını itirmiş, iki dəfə yaralanmış hərbi qulluqçuyam. Mənim istəyim heç bir xüsusi imtiyaz deyil. Sadəcə illərlə çəkdiyim xidmətin, döyüşlərdə iştirakımın, aldığım xəsarətlərin və qanuni hüquqlarımın ədalətli şəkildə qiymətləndirilməsini istəyirəm. Mən Vətənimə xidmət etməkdən heç vaxt çəkinməmişəm. Vətən uğrunda döyüşmüşəm, yaralanmışam, sağlamlığımı itirmişəm. Bu gün isə öz dövlətimdən ədalət və hüquqlarımın bərpasını gözləyirəm”, – deyə Orxan Mikayılov vurğulayıb.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov Musavat.com-a açıqlamasında bildirib ki, Bakı şəhər sakini, 1990-ci il təvəllüdlü Mikayılov Orxan Zülfiqar oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 06.10.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində əyani müayinə edilib:

“Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

Musavat.com digər məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri