Icma.az
close
up
RU
Vətən Müharibəsi Qəhrəmanı: Əminəm ki, bu gün bütün şəhid qardaşlarımızın ruhu şaddır

Vətən Müharibəsi Qəhrəmanı: Əminəm ki, bu gün bütün şəhid qardaşlarımızın ruhu şaddır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

İstanbul, 7 noyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyədə 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz şanlı Zəfərimizin beşinci ildönümünü qeyd etdik. Qardaş Türkiyə xalqı ilə belə bir günü qeyd etmək çox sevindiricidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev deyib.

Qarabağ Zəfərinin əsasında Ordu quruculuğumuzun durduğunu, bunun da ilk növbədə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən Qəzənfər Ağayev deyib: “Ümummilli Lider xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra mühüm islahatlara imza ataraq dövlətin dirçəlişinə istiqamət verdi. O gün bizim dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycanın müasir Ordu quruculuğunun da əsası məhz o dövrdə qoyuldu. Ötən bu otuz il ərzində isə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin əzmkarlığı sayəsində Azərbaycan əsgəri 2020-ci il sentyabrın 27-də törədilən təxribatlara cavab olaraq əkshücum əmri ilə irəli atıldı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı, Vətənimizin bir parçasını işğaldan azad etdik. Təbii ki, burada ölkə başçımızın da çıxışlarında dediyi kimi, dövlətin nə qədər gücü olsa da qələbəni qazanan onun əsgəri, zabitidir. Hər bir qələbəmiz şəhidlərimizin canı, qazilərimizin qanı ilə yazıldı”.

Zəfərə gedən yolda xalq, dövlət və Ordu birliyinin vəhdətinin məhz Ali Baş Komandanımız tərəfindən təşkil edildiyini vurğulayan müsahibimiz bildirib ki, bu qələbə xalqımızın dəmir yumruq ətrafında sıx birləşməsinin nəticəsidir. Ölkə başçımız bu qələbəni şəhidlərin əmanəti kimi qiymətləndirdi və müharibədən sonrakı dövrdə atdığı addımlarla bu Zəfəri daha yüksək səviyyələrə qaldırdı.

“Mən əminəm ki, bu gün Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan bütün qardaşlarımızın ruhu şaddır. Bizim tək istəyimiz dövlətimizin suverenliyi, ərazi bütövlüyü və xalqımızın firavan yaşamasıdır”, -deyə o, bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri