Vətən müharibəsi şəhidi Famil Pirvələdovun xatirəsi yad edildi FOTO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Bu gün Qusar rayonunun Yuxarı Zeyxur kəndində 44 günlük Vətən müharibəsi şəhidi Famil Teyfur oğlu Pirvələdovun anım mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, mərasimdə RİH başçısının Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, şəhidin ailə üzvləri, məktəb şagirdləri və kənd sakinləri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi yad edilib.
Qeyd edək ki, ıəhid Famil Teyfur oğlu Pirvələdov 30 may 1995-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Famil Pirvələdov II Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid 31 oktyabr 2020-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kəndində dəfn olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə ordeni”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 31 Oktyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















