Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında bir sıra qanun layihələri müzakirə edilib
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dekabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclası açan komitə sədri Hicran Hüseynova iclasda bir məsələnin - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində , “Həmkarlar İttifaqları haqqında”, “Sosial siğorta haqqında”, “Bələdiyyələrin statusu haqqında” , “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında” “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən siğorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirə ediləcəyini söyləyib.
Bildirilib ki, qanun layihəsi vətəndaşların əmək hüquqlarının təmin edilməsinə xidmət etməklə yanaşı, əmək münasibətlərinin müasir və sosialyönümlü hüquqi tənzimlənməsini təmin etməyi, beynəlxalq əmək normalarına uyğunluğun gücləndirilməsini, habelə normativ hüquqi aktların tələblərinə uyğunlaşdırmanın aparılmasını nəzərdə tutur. Layihəyə əsasən, ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipi əsasında qurulması və qadınların məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə mövcud qanunvericilikdə qadın əməyinin qadağan edildiyi 674 peşə, vəzifə və iş yerinin sayı azaldılaraq 204-ə endirilib.
Komitə sədri qeyd edib ki, qanun layihəsinə daxil edilən anlayışlardan biri də “ailə vəzifələri olan işçi” anlayışıdır və bu dəyişiklik ailə institutunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qanun layihəsinin müzakirəsində komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Pərvin Kərimzadə, Könül Nurullayeva, Müşfiq Məmmədli, Sevinc Hüseynova, Günay Ağamalı, Səbinə Xasayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova çıxış edərək sənədin sosial rifahın gücləndirilməsinə öz töhfəsini verəcəyini söyləyiblər, rəy və təkliflərini səsləndiriblər.
İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov çıxış edərək qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Sonda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitənin üzvləri Ülviyyə Ağayeva, Mehriban Vəliyeva və digər rəsmi şəxslər də iştirak ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Aqrar siyasət komitəsinin iclasında bir sıra qanun layihələri müzakirə edilib
13 İyun 2025 20:36
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
29 Sentyabr 2025 19:11
Milli Məclisin iclasında bir sıra qanun layihələri qəbul edilib
27 Dekabr 2024 16:36
Parlamentin plenar iclasında bir sıra qanun layihələri qəbul edilib
29 Noyabr 2024 18:46
Baxış sayı:93
Bu xəbər 17 Dekabr 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















