Icma.az
close
up
RU
“Kəlbəcərin dağlarında dalğalanan üçrəngli bayrağımız Zəfərin simvoludur” Millət vəkili

“Kəlbəcərin dağlarında dalğalanan üçrəngli bayrağımız Zəfərin simvoludur” Millət vəkili

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Prezident İlham Əliyevin 21 avqust 2025-ci ildə Kəlbəcərə səfəri və səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan xalqının milli iradəsi, dövlətimizin gücü və Ali Baş Komandanımızın siyasi qətiyyəti sayəsində bu gün doğma torpaqlarımıza həyat qayıdır. Kəlbəcərlilərin 32 ildən sonra öz doğma yurdlarına dönməsi sadəcə qayıdış deyil, milli ədalətin bərpasıdır. Azərbaycan xalqı işğal illərində bütün çətinliklərə baxmayaraq, inamını itirmədi və bu müqəddəs günü yaxınlaşdırmaq üçün həm siyasi, həm də iqtisadi müstəvidə əzmlə çalışdı. Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü və vətəndaşına qayğısını nümayiş etdirir. Yeni yaşayış kompleksləri, məktəblər, yollar, işıq, su və qaz təminatı – bütün bunlar dövlətimizin Kəlbəcəri müasir şəhərsalma nümunəsinə çevirmək iradəsindən xəbər verir. Uzun illər ağır şəraitdə yaşamış soydaşlarımız artıq doğma torpaqlarında ən gözəl şəraitdə məskunlaşırlar ki, bu da milli dirçəlişin ən bariz göstəricisidir".

Bu fikirləri 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, tarixi faktlar unudulmamalıdır: 1990-cı illərin əvvəllərində Şuşa, Laçın və Kəlbəcərin işğalı xəyanətkar qüvvələrin satqın siyasətinin nəticəsi idi. Həmin faciələr Azərbaycan üçün həm strateji, həm də mənəvi baxımdan ağır nəticələr yaratdı. Lakin Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu taleylə heç vaxt barışmadı. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, ərazi bütövlüyümüz tam bərpa olundu. Kəlbəcərin bir güllə atılmadan azad edilməsi isə bu tarixi qələbənin ən parlaq səhifələrindən biridir:

"Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sülhün tərəfdarıdır, lakin tarixi dərslər heç vaxt unudulmamalıdır. Biz qonşularımızla normal münasibətlərin tərəfdarıyıq, amma hər hansı təhlükə yaranacağı təqdirdə “dəmir yumruq” iradəsi yenidən öz sözünü deyəcək. Bu gün güclü ordumuz, ən müasir silahlarla təchiz olunmuş Silahlı Qüvvələrimiz və milli birliyimiz Azərbaycanın təhlükəsizliyinin əsas qarantıdır. Beynəlxalq müstəvidə də Azərbaycanın mövqeyi tamamilə qəbul olunmuşdur. Dünya birliyi artıq ölkəmizin yaratdığı yeni reallıqları qəbul edir, çünki biz heç bir dövlətin torpağına göz dikmədik, öz ərazilərimizi azad etdik və bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq etdik. Ermənistanın havadarlarının bütün cəhdlərinə baxmayaraq, Azərbaycan haqlı mövqeyini qəbul etdirdi. Ermənistanla sülh müqaviləsinin paraflanması isə regionda yeni mərhələnin başlanğıcıdır. Xüsusilə Naxçıvanla quru bağlantısının təmin edilməsi tarixi qələbəmizin mühüm strateji uğurlarından biridir və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolunu daha da artırır. Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan bu gün qalib xalq və qalib dövlət kimi yaşayır.Prezidentin vurğuladı kimi, son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Bu qələbə yalnız hərbi uğur deyil, həm də siyasi iradənin, xalq birliyinin və strateji diplomatiyanın nəticəsidir. 30 ilə yaxın işğal altında olan ərazilərin azad edilməsi, ərazi bütövlüyünün bərpa olunması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin təmin olunması tarixi ədalətin bərpası deməkdir. Məhz bu səbəbdən Azərbaycanın qazandığı Qələbə bənzərsizdir və çağdaş dövrün ən parlaq nümunələrindən biri kimi tarixə düşüb".

O qeyd edib ki, Ermənistanın törətdiyi vəhşiliklər, Kəlbəcərdə və digər bölgələrdə törədilmiş dağıntılar heç vaxt yaddaşımızdan silinməyəcək, lakin Azərbaycan düşməndən qisasını döyüş meydanında aldı və indi quruculuq, inkişaf, sülh yaratmaqla fərqlənir. Bu gün Kəlbəcərin dağlarında dalğalanan üçrəngli bayrağımız həm Zəfərin, həm də yeni həyatın simvoludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Avqust 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri