Icma.az
close
up
RU
Vətən müharibəsində yaralılara könüllü kimi xidmət göstərmiş tibb bacısı: Nə qədər ağır olsa da, özümü auditoriyada təsəvvür edə bilmirdim

Vətən müharibəsində yaralılara könüllü kimi xidmət göstərmiş tibb bacısı: Nə qədər ağır olsa da, özümü auditoriyada təsəvvür edə bilmirdim

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 may, AZƏRTAC

Onu hospitalda qəbul etmək istəmirdilər, amma o inadından dönmək istəmir, Vətənin ağır günündə könüllü kimi yaralılara qulluq etmək, hansısa bir işin qulpundan yapışmaq istəyirdi. Orta məktəbi bu il bitirmiş qız uşağı başqa nə edə bilərdi?

Həmin il o, 2 nömrəli Bakı Baza Tibb Kollecinə qəbul olunmuşdu, qeydiyyatdan da keçmişdi. Lakin dərslər ərəfəsində Vətən müharibəsinin başlaması onu Bakıya yox, qonşu Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki hərbi hospitala gətirmişdi. Beyləqan rayonunun Əmirzeyidli kəndində yaşayan valideynləri nə qədər təkid etsələr də, Vəfanı inadından döndərə bilməmişdilər.

AZƏRTAC-ın müxbiri Vətən müharibəsində yaralılara könüllü kimi xidmət göstərmiş Vəfa Rüstəmova ilə 12 May - Beynəlxalq Tibb Bacısı Günü ərəfəsində görüşüb, söhbət edib. O, xəyalən həmin günlərə qayıdaraq deyib: “Çox ağır günlər idi. İndi də xatırlayanda tüklərim biz-biz olur, bədənim uçum-uçum uçunur. İki aya yaxın davam edən həmin günlərdə nələr görmədim? İki ayağını itirən, bir ayağı, bir gözündən məhrum olan, bir qolu, bir ayağı minaya düşən kim... Yaralıların sayı çox idi, bəzilərinin kimliyi bilinmirdi. Nə qədər ağır olsa da, özümü auditoriyada heç cür təsəvvür edə bilmirdim. Təkidli xahişimi nəzərə alıb, mənə əvvəlcə hospitalda nisbətən yüngül şöbələrin birində çalışmağı təklif etdilər. Lakin mən ən ağır reanimasiya şöbəsində fəaliyyətə başladım. Tibb işçisi kimi ilk sınağım məhz həmin günlərdə oldu. Əlimdən gələn nə varsa, hamısını edirdim - yaralı əsgərlərin üz-gözünün qanını silir, lazım gələndə sarğısını dəyişir, təxliyəyə kömək edirdim...”

Vəfa Vətən müharibəsi bitənə, hospitaldan sonuncu yaralı buraxılana qədər gələcək peşəsinin “baş məşqini” keçib. Həmin vaxt koronavirus pandemiyası tüğyan etdiyindən təhsil ocaqları onlayn fəaliyyət göstərirdi. Vəfa isə yalnız Zəfərdən sonra onlayn olaraq dərslərə qoşula bilir. Tədris ocağında göstərdiyi fədakarlığı, peşəsinə qaynar nöqtədə işləməklə başlamasını nəzərə alaraq ona güzəşt edirlər. Bir neçə ay sonra - təhsil müəssisələrinin fəaliyyəti nisbətən bərpa olunanda kollecə gələn Vəfanı əsl qəhrəman kimi qarşılayıblar.

2023-cü ilin yayında o, kolleci bitirərək öz arzusu ilə Füzuli Müalicə Diaqnostika Mərkəzinə üz tutub. Bir vaxt hərbi hospital kimi fəaliyyət göstərən həmin müəssisə ona çox doğmadır. Böyük Bəhmənli kəndində yerləşən tibb ocağında bir vaxt “əmək fəaliyyətinə” başlayıb. İndi isə onun adına əmək kitabşası açılıb. Hazırda Terapiya şöbəsində tibb bacısı işləyir. Şöbənin müdiri Fəridə Vəliyeva və həkim-terapevt Nuranə Abbaszadə onun işgüzarlğından, xəstələrə olan münasibətindən ağzıdolusu danışırlar. Özü də işindən razıdır. Sevdiyi peşə, ürəyincə olan işlə məşğul olmaq həmişə sevinc gətirir. Gənc tibb işçisi Vətən qarşısındakı övladlıq borcunu ləyaqətlə yerinə yetirdiyi kimi, indi də şəfa tapmaq ümidi ilə tibb müəssisəsinə pənah gətirənlərə şəfqət bacısı kimi qayğıkeşliklə və xeyirxah duyğularla yardım göstərir. O, həkim təyinatına uyğun olaraq xəstələrin dava-dərmanları vaxtında qəbul etməsinə nəzarət edir, sistem köçürür, sarğını dəyişir və onların sağlamlıq vəziyyətindəki dəyişiklikləri gündəlik olaraq izləyir.

Bu yaxınlarda onun həyatında daha əlamətdar bir hadisə də baş verib. Həmin xəstəxanada qeydiyyatçı işləyən Turalla nişanlanıb. Daha bir neçə ay keçəcək və tibb müəssisəsində bir-birinə könül verən gənclər ailə həyatı quracaqlar. Vəfanı tanıyanlar ailə həyatı qurandan sonra da onun öz işini, peşəsini və borcunu yüksək səviyyədə yerinə yetirəcəyinə inanırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri