Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Vətən qadının başına gətirilmiş ən böyük bəladır

Vətən qadının başına gətirilmiş ən böyük bəladır

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Qadına sirr adı vermək, onu anlamamaq üçün uydurulmuş müqəddəs bir yalandır. Qadının gizli qalmasını ona ilahi nəcibliyini qorumaq kimi anlatmışlar. Kişilər tarlaların sarımtıl rənglərində əsarət səltənətlərini qadınla qoruyur. Ancaq buna baxmayaraq, kişilər qadın ağaclarını payız etsələr də, özləri də bu payızın ayağının altında xəzəl olub, ayaqlanıblar.

Qadın dünyasına boylansaq, görərik ki, o, özünün idarəetmə quruluşunu öz təbiəti gözəlliyi üzərində qurur. Bu, həm onun ətrafı öz gücündən aslı etmək ehtirası, həm də cəmiyyətin ona qoyduğu ...sirr... maskasına verdiyi estetik etirazdır. Ancaq bu quruluşun daxilini qadın başqa bir zəncirlə bağlayır, Ailə olmaq onu sahiblənmə öhdəlikləriylə kölə etdiyi üçün, müasir qadın ailə olmağa da bir alət kimi yanaşır. Burada onun gözləyi əridiyi üçün o özünün fərdi düşüncəsini itirir. Və belə olan halda qadınlar ailə olmağın, balaca cəmiyyət qurluşundan başqa bir işə yaramadığını anlayır...

Qadının rəqibi qadındır, bu həyatın hər dolanbacında özünü göstərir. Qadınlar bir-birinin ən parlaq güzgüsüdür. Yəni qadın qadınla bəhs edər, o, kişi tərəfindən əzilməsinin, məğlubiyyətinin intiqamını başqa bir qadından alar. Bu zəncirdə rəfiqə qadının dostu kimi görünsə də, əslində sosial ayaqaltıdır, o, bu yol vasitəsiylə öz təbəssümünün nərdivanlarını qalxır. Qadının yüksəlməsinə qadından başqa uzun vurğunluq çəkən olmaz. Və bunu bir qadının etiraf etməsi eqo gücünün zəifliyini göstərər.
Qəribədir. Qadın kişinin xəyanətindən çox, qadının xəyanətindən nifrət edir. Çünki qadının instinktində kişinin xəyanətindən xoşlanmaq var. Bir qadın kişinin ona xəyanətini bağışlayır, amma onun başqa bir qadını xoşbəxt etməyini həzm edə bilmir. Çünki bu, artıq kişinin deyil, rəqibin qələbəsidir.
Əgər belə olmasaydı, qadınlar sevgilərindən kişilərə şəxsiyyət obrazını hədiyyə etməzdilər, Qadın öz sevgisini başqa bir qadına qarşı silah kimi istifadə edir. Amma bir qadın sevgisi ilə bir kişini ram edə bilsə də, başqa bir qadını sona qədər idarə edə bilmir.

Qadınlar həyatı südləri kimi ağ görürlər, orada həyat kişi ləkəsidir. Nətəhərsə bu açıq rənglərin üzərinə qaranlıq bir kölgə düşür, Vətən qadının başına gətirilmiş ən böyük bəladır. Axı o, bu bəlanı öz bətnində bəsləyib böyüdən bir fədakardır.

Əslində, ailə də, din də, qadının vətənlə bağlı olması da insanların bir yerdə yaratdığı düşüncələrin cəmidir. Biz isə indi fərdi yaşantılardan danışırıq. Yuxarıda ona görə təkcə vətəndən söz açdıq ki, qadını vətənlə müqəddəs hesab etmək yalnız o zaman mümkündür ki, o yaşadığı torpaq üçün özünün adını qurban verə bilsin. Belə isə qadın öz taleyini, kimliyini və gücünü müəyyən edə bilir. Qadının yeganə uduzduğu kollektiv düşüncədə vətəndir!

Din, ailə və digər toplum dəyərlər bu yolda uğursuzdur, yəni modern qadın bu sərhədləri aşa bilir.

İndi isə baxaq həmin qadının iç dünyasına, onun özlüyünə.

Qadının həyatında uzun müddətli rol oynayan dominant kişi fiqurları ata, qardaş və ya həyat yoldaşı onun düşüncəsində və davranışında yuva salan bir ...kişi təsiri... formalaşdırır. Bu təsir qadının daxili dünyasında kişi xarakterinin kök salmasına səbəbdir. Və qadının öz fitri qadınlıq təbiəti, emosional dərinliyi və estetik zövqləri müəyyən dərəcədə kölgələnir.
Niyə ki, qadın öz orijinal mənliyindən və qadınlıq dünyasından yağış dənələri çətirdən düşənəcən qopmağa başlayır...

Qadın özəl ağrılarını gizlətdikcə, ətrafa bir atom təsiri bağışlayır. Çiçək olmaqdan bezir, gül təki qısa müddətli gözəllik yaşadıb, zibilliyə atılacağını hiss edir.

Qadın təbiətin ona verdiyi gözəlliyin işə yaramadığını və ya bunu xərcləyib qurtardıqdan sonra, öz duyğularını və istəklərini aliləşdirməyə başlayır, onları bir həyat mədəniyyətinə və canlı bir yaşantıya qovuşdurduqca, öz kimliyini daha aydın görür və fərdi şəkildə xoşbəxt olmağı ikinci dəfə tapmış olur.
​O, eynəyinin yarım şüşəsi altından baxaraq həyatın sevincini hiss edir. Əllərini sərbəstcə yelləyib addımladıqca, dikdaban ayaqqabılarının sədası küçələri bürüyür. Şəhərin siqnallarıyla içsəl duyğuların qovuşduğu yerdə, o, həyatda müstəqil xoşbəxtliyin nə qədər şirin olduğunu dadır...


Cavid Fərzəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Mart 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri