Icma.az
close
up
RU
Vətən sevdalı oğul FOTO

Vətən sevdalı oğul FOTO

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

(Şəhid Aqşin İbadovun anadan olmasının 42-ci ili münasibətilə)

44 günlük Qarabağ müharibəsində canından artıq sevdiyi, müqəddəsliyinə tapındığı doğma Azərbaycanın ərazi bütövlüyü uğrunda qan tökən minlərlə şəhid igiddən biri də Aqşin Nazim oğlu İbadovdur. 1984-cu ildə Lənkəranın Boladi kəndində dünyaya göz açan bu, ürəyi sevdalı insan şərəfli bir ömür yaşadı. Şəhidliyi Vətən sevgisindən başlandığı üçün əbədi bir ömür qazandı. Fəqət namərd düşmən gülləsinə tuş gəlsə də, torpağa gömülmədi, köç etdiyi yer könüllər oldu...

Bəli, özünü dərk edən Aqşın qəlbində mənfur düşmənə kin, nifrət bəsləyir, hərbiçi olub ondan qisas almaq amal ilə orta məktəbi başa vurur. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və 2005-ci ildə "Kəşfiyyat" ixtisası üzrə oranı bitirib, Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissdə canından artıq sevdiyi Vətəninə keşik çəkir. İllərin səfində Mingəçevirdə, Murovdağ istiqamətində, Gədəbəydə yerləşən ayrı-ayrı hərbi hissələrdə nümunəvi xidməti ona böyük ehtiram, sevgi gətirir. Doğma Azərbaycana dəyərli övlad olaraq ixtisası üzrə taqım, bir il sonra bölük komandiri və hərbi hissənin kəşfiyyat rəisi vəzifələrini vicdanla, şərəflə yerinə yetirir. Bütün bunlarla bərabər 2015-2018-ci illər arasında müxtəlif ölkələrin hərbçilərinin də qatıldığı kurslarda , seminarlarda iştirak edərək sertifikatlar, diplomlar, qiymətli hədiyyələr alır. Həmişə canına yağı dadanmış yurdunun taleyini düşünən Aqşin Hərbi Attaşe kursunu keçir, erməni dilini lazımı səviyyədə öyrənir. Həmçinin Ali Hərbi Akademiyanı mükəmməl biliklə bitirib, Türkiyədə İstanbul Milli Müdafiə Universitetində magistr təhsilini alır.

Həyatının dəyərini Vətəninə, xalqına təmənnasiz xidmətdə görən, halal torpağına ürəkdən bağlanan əsl Azərbaycan oğlu Aqşin İbadov bu müddətdə üçüncü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “ Azərbaycan Sılahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, iki və üçüncü dərəcəli “Qüsursuz xidmətə görə” medallara layiq görülür. Bu, Vətən sevdalısı “Xilaskar” təxəllüsü ilə doğma Azərbaycanı, qəhrəmanlığı, saf sevgini tərənnüm edən şerlərdə yazırdı.

30 il erməni dığaların tapdağına dönənə əbədi, əzəli yurd yerimiz olan Qarabağ Aqşinin ən yararlı yeri idi. Və başa düşürdü ki, şəhid qanı axması, mənfur düşmən bu cənnət məkan yerləri qaytarmaz. Odur ki, İkinci Qarabağ müharibəsi başlanan gündən Vətənin harayına səs verən, ölümün gözünə dik baxan qeyrətli oğulların önündə yağı ilə savaşa səngərə gedən mayor Aqşin olur. Sinəsini qanar od edib dığaların kabusuna dönən mayor Füzulidə, Cəbrayılda, Zəngilanda, Xocavəndə, Kəlbəcərdə əsl qəhrəmanlıq göstərir. Ağır, qeyri-bərabər döyüşdə düşmənə sarsıdıcı zərbələr endirir, Vətən torpaqları qarşı-qarış azad olunur. Tuğ kəndinin ərazisində adsız yüksəklik uğrunda gedən müharibədə dığalara göz aşmağa belə imkan vermir. 2020-cü ilin 19 oktyabr Aqşinin son döyüş günü olur. Xankəndi-Şuşa yolunun təmizlənməsi uğrunda gedən savaşda şəhid olsa da, yağıdan istədiyi qisası ala bilir.

Bütün Azərbaycan xalqının övladına çevrilən, qəhrəman adı dillərə düşən mayor Aqşin İbadov ölümündən sonra “Vətən uğrunda” , Cəbrayılın, Füzulinin, Kəlbəcərin azadlığına görə medallara layiq görülüb.

Onu da bildirək ki, Aqşinin özündən sonra xalqına əmanət qoyduğu Zeynəb adında qız övladı var. Artıq müqəddəs ruhu Vətən göylərində, ən uca zirvələrdə dolaşan atanın kimliyini dərk edir, onunla qürur duyur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Avqust 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri