Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Vətən sevdalı ananın qürur nəğmələri

Vətən sevdalı ananın qürur nəğmələri

Icma.az, 525.az saytına istinadən bildirir.

Vaqif OSMANLI

Səmimi duyğularını həzinliklə, humanizmlə, bəşəriyyətin durumundan nigaran ana kövrəkliyi ilə yoğurub ədəbi nümunələrə çevirən Nəzakət Məmmədovanın şeirlərində ana xətt milli ruhdur. Onun sözsevərlərlə növbəti görüşü olan "Köhnəlməyən xiffət"də insan ovqatının müxtəlif halları əksini tapıb. Bu şeirlərdəki sevinc, kədər, qürur hissləri oxucu üçün də doğmadır. Nəzakət xanımın özününküləşdirdiyi sevinci, kədəri o qədər munisdir ki, "təkcə bulaqların gözündə, dərənin, düzün gülüşündə, alov-alov gülümsəyən ocaqların" atəşində, "zəmilərdə dalğalanan sünbülün ağır-ağır tərpənişində", Cıdır düzündə mehmanlarına təbəssümlə baxan Xarıbülbülün nazında, ədasında, Şuşanın dağlarında doğmalarını görüb ürəkdən qıy vuran qartalların şahanə uçuşunda yox, müəllifin misra-misra duyğularında da oxucunu duyğulandırır və qürurlandırır. Necə qürurlanmayaq ki, "Qarabağa bahar gəlir", qarı düşmən bir daha bizim baharımızı zimistana döndərə bilməyəcək:

Ötən çağlar indi üzübəridi,

Gələn günlər ömrün təzə-təridi,

Otuz illik yurd həsrəti əridi,

Qarabağa bahar gəlir, İlahi!

Dalğalanır arzuların bayrağı,

Hər təbəssüm bir ümidin yarpağı,

Zəfər ətri bürüyübdü torpağı,

Qarabağa bahar gəlir, İlahi!

Şair xanımın (düşüncəmə görə, söz adamının cinsi olmur) "Zəfər nəğməsi" çağdaş dövrümüzün təntənəli marşıdır. Zənnimcə, tarixi Zəfərimizdən sonra bu mövzuda qələmə alınan şeirlərdən ibarət bir almanax nəşr olunsa, Nəzakət xanımın oğluna - müzəffər ordumuzun zabiti Ramilə yazdığı "Zəfər nəğməsi" bu topluda ön yerlərdən birində qərar tutar. Bu şeir "Dəmir yumruq"la düşmənin başını əzən igidlərimizin qələbə, qürur manifestidir. Bu nəğmə həm də oğullara güvəndən doğulan ana sevinci, ana qürurudur. Vətənin dar günündə anaların üzünü ağ, başını uca edən oğullar böyüdüb Nəzakət xanım. O həm də bütün şücaətli oğulların mənəvi anasıdır. Bu gün ona qəhrəman ana desək, lap yerinə düşər. Nəzakət xanım əmindir ki, "Qarabağın ağuşuna aldığı, yollarına zəfər köynəyi geyindirən" oğullar "qələbə ətrinə bələdi torpağı". Belə oğulların - şəhidlərin, qazilərin, əsgər və zabitlərin Azərbaycan xalqına bəxş etdiyi Zəfəri sözə könül verən analar poetik axtarışları ilə şanlı tarixin qızıl səhifələrinə yazmalıdırlar. Çünki onların Vətən laylaları, oxşamaları belə vətənsevərlərin qanında, canında hünər toxumları kimi cücərib, bu gün bəhrəsini verib. Yuxusuz gecələr keçirib, oğulların sabahına güvənən analar qarşısında məğrur dağlar da baş əyər. Belə analar və oğullar, ustad Şəhriyarın təbiriylə desək, Vətən eşqi məktəbində can verməyi öyrənənlərdir.

Vətən sevgisidir sönməz ocağın,

Qeyrət köynəklidir sənin hər çağın.

Bu Vətən boydadır indi qucağın,

Zəfərin mübarək, komandir oğlum!

"Zabit anasıyam mən!" nidası torpağımıza, milli-mənəvi dəyərlərimizə quduz tamah dişlərini qıcayaraq ağzı seliklənə-seliklənə göz dikən xain düşmənə xəbərdarlıqdı. "Əli silahsız da gözünüzü tökərik, dilinizi kəsərik" ismarıcıdı. İgid oğulların şücaəti, Vətən, torpaq, xalq, ana sevgisi otuz ildən çox düşmən tapdağı altında yolumuzu gözləyən torpaqları yenidən Vətən etdi. Vətən, ana Vətən, şəhid, qazi anaları Vətən ana oldu. Tam əminəm ki, Nəzakət xanımın xəyalı hər an ön cəbhədə, nəmli səngərdə, döyüş meydanında oğullarla çiyin-çiyinə dayanıb. Hər gecə "şirin-şəkər balalara layla çalıb, rahat yuxu yatmayıb, düşmənin arzusunu gözlərində öldürən, bayrağına, himninə, şərəfinə and içən" oğulların Zəfərində belə Vətən anaların payı çoxdur:

Düşmənə "göz dağısan,

gücümsən, qüvvətimsən,

Ürəyimin təpəri, gərəyim, köməyimsən.

Vətənin dar günündə səsimə hay verənsən,

Bu torpağa, bu elə, bu Vətənə bağlısan.

Səni Vətənə verdim,

Sən Vətənin oğlusan!

Vətənin oğlu olmaq! Anaların bundan ilahi bəxşişi olmaz. Vətən oğlunun anası olmaq ən ali tituldur.

Vətən, vətənpərvərlik, hünər, rəşadət, azadlıq, suverenlik, dövlətimizin ərazi bütövlüyü, şəhid, qazi mövzuları Nəzakət Məmmədovanın yaradıcılığının leytmotivi, lirik dünyasının aynasıdır.

Nəzakət xanımın "Cənab general", "Haqqa qovuşduran şəhid zirvəsi", "Şəhidim", "Şəhid anası", "Şəhid qızı", "Qarabağ qoxusu", "Adsız qəhrəman" şeirləri çağdaş dövrümüzün azadlıq, zəfər, suverenlik salnamələridir.

Qazi şair, çağdaş dövrümüzün "Qarabağnamə"lərini yazan Rəfail Tağızadənin Nəzakət Məmmədlinin poetik dünyasına baxış prizmasında qoşa xətt var - ağrı və təbəssüm: "Nəzakət xanımın şeirləri onun baxışlarıdır. Görənlər üçün görünən, görməyənlər üçün gizli, müəmmalı... Onun şeirlərində başqalarının acısından doğan bir ağrı da var. Bəlkə, Yaradan onu bunları yaşamaq və yazmaq üçün dünyaya gətirib. O, ağrıları maqnit kimi özünə çəkir. Təbəssümü üzünü örtdüyi ağrıları"...

"Oğlu yurd yaddaşında heykəlləşən" anaların qəlbində "ümidin sönmüş ocağını" yandırır qazi zabit anası Nəzakət xanım, "dağıdır qəlbindəki qəm sarayını ki, qoy baxıb hüsnünə sevinsin Vətən".

Oğlunun qəbrinin üstünə gedən,

Ananın harayı, dərdin səsidir.

Tanrı dərgahında uca sayılan,

Oğlunun yetdiyi şəhid zirvəsi,

Ananın yeganə təsəllisidir.

Nəzakət Məmmədova hamımıza bir nigaran sual ünvanlayır: "Xan Arazdan Təbrizəcən nə yol var?"

Nəzakət xanımın fəxrlə ifadə etdiyi özünütəqdimi var: "Vətənin qızıyam - zabit anası!"

Onun qəlbində iki müqəddəs arzu boy atıb: "Hər kəsin qəlbində dinsin vicdanı" və "İrəvanda gur səsimiz döyünə!"

Arzularınız çin olsun, Nəzakət xanım!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri