Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Qanları ilə Zəfər tarixini yazanlar

Qanları ilə Zəfər tarixini yazanlar

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Atam Hörmət Həsənzadə Birinci Qarabağ müharibəsinin və 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Qardaşım Məhəmmədəli bunu bildiyi üçün əlinə keçən hər fürsətdə atamı sorğu-suala tutar, keçdiyi döyüş yolu, üzləşdiyi hadisələr, hərbçilərimizin şücaəti barədə bacardıqca çox məlumat öyrənməyə çalışardı. Atam da həvəslə danışardı. Biz o zamanlar bunu adi ailə söhbəti kimi qəbul edərdik. Sən demə, Məhəmmədəli atamı özünün qəhrəmanına çevirib, onun kimi Vətən torpaqlarının azadlığı uğrunda savaşda iştirak etmək həvəsinə düşübmüş. Ona görə də müharibə, hərbi əməliyyatlar barədə daha çox məlumat toplayır, özünü həmin ana hazırlayırmış. Biz bunu onun Qusardakı hərbi hissəni tərk edib ön cəbhəyə yollanması zamanı bildik".

Bu barədə Vətən müharibəsi şəhidi Məhəmmədəli Həsənzadənin qardaşı Sahil Həsənzadə "Kaspi" qəzetinə danışıb danışıb.

Oxu.Az şəhid qardaşı ilə müsahibəsini təqdim edir:

"Toya gedirik, haqqınızı halal edin"

Qeyd etdi ki, qardaşı Məhəmmədəli çox vətənpərvər, məsuliyyətli gənc olub: "1993-cü ildə Qubadlı rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal ediləndə ailəmiz Qilican kəndindən köçməyə, Sumqayıt şəhərində məskunlaşmağa məcbur olub. Qardaşım Məhəmmədəli də 1999-cu ildə bu şəhərdə anadan olub, 2016-cı ildə Qubadlı rayonu Yuxarı Mollu kənd orta məktəbini bitirib. 2016-2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində "Biznes idarəçiliyi" ixtisası üzrə ali təhsil alıb. Ali təhsilini başa vurduğu il əsgərliyə yollanıb və Qusar rayonundakı "N" saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsi başlayanda qardaşım cəmi üç ayın əsgəri olub. Onun cəbhə xəttindən uzaq hərbi hissədə qalıb xidmətini davam etdirmək imkanı var idi. Lakin o, müharibəni seçdi. Ön cəbhəyə yollandığı gün də atamla qısa telefon əlaqəsi saxlayıb. Şifrəli danışaraq deyib ki, toya gedirik, özünüzü qoruyun və haqqınızı halal edin".

"Arzularından biri də üzünü görmədiyi ata-baba yurdumuza qayıtmaq idi"

S.Həsənzadə qardaşının keçdiyi döyüş yolundan da danışdı. M.Həsənzadə 44 günlük müharibədə tank əleyhinə taqımda qulluq edib. O, Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda hərbi əməliyyatlarda iştirakçı olub: "Məhəmmədəli məcburi köçkün ailəsində dünyaya gəlmiş, böyümüşdü. Təbii ki, arzularından biri də üzünü görmədiyi ata-baba yurdumuza qayıtmaq, oranı yağı tapdağından azad etmək idi. Fikrimcə, onun taleyini döyüşlərə, müharibəyə bağlayan hisslərdən biri də məhz bu idi. O, Qarabağı, o cümlədən Qubadlını azad görmək, özünün qəhrəmanı hesab etdiyi qazi və şəhidlərimizin qisasını almaq istəyirdi. Döyüş yoldaşlarının bizə söylədiklərinə görə, hərbi əməliyyatlarda çox böyük şücaət, qorxmazlıq nümayiş etdirib, mərdi-mərdanə vuruşub. Oktyabrın 23-də növbəti əməliyyat zamanı düşmən mərmisi onun yaxınlığında partlayıb. Qardaşım və döyüş yoldaşı Azər Yarıyev yaralanıb. Məhəmmədəli özü yaralı ola-ola hərbçi yoldaşını döyüş meydanından çıxarıb, onun həyatını xilas edib".

"Qürur duyuram ki, Məhəmmədəli bu şanlı tarixin bir parçasıdır"

S.Həsənzadə qardaşı Məhəmmədəlinin hərbçilərimizlə birlikdə Xocavənddən Şuşa istiqamətinə irəliləyərkən düşmən gülləsinə tuş gəldiyini, şəhidlik zirvəsinə ucaldığını bildirdi: "Qardaşım öz seçdiyi yolda şücaəti və qəhrəmanlığı ilə milyonların qəhrəmanına çevrildi, şəhidlik zirvəsinə ucaldı. O, Vətən müharibəsinin sona çatmasına cəmi dörd gün qalmış - noyabrın 6-da Qırmızı bazar ərazisində şəhid oldu və noyabrın 8-də Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olundu. Hər bir insan itkisi ağırdır və bu dərdi daşımaq çox çətindir. Amma bizim təskinliyimiz var ki, Məhəmmədəli və onun kimi digər şəhid oğul-qızlarımız Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda ediblər. Onlar biz və bizdən sonrakı nəsillərin xoşbəxtliyi naminə özlərini odun-alovun içinə atıblar, öz qanları ilə Zəfər tariximizi yazıblar. Qürur duyuram ki, Məhəmmədəli bu şanlı tarixin bir parçasıdır".

Şəhidin adı Qubadlıda da əbədiləşdiriləcək

S.Həsənzadə şəhid ailəsi kimi dövlətin onlara diqqət və qayğısından da bəhs etdi. Söylədi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla qardaşı Məhəmmədəli Həsənzadə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub. Sumqayıt şəhərində Yaşıl Dərə Bağları adlanan ərazidə şəhid M.Həsənzadənin abidəsi ucaldılıb. Vaxtilə ali təhsil aldığı Azərbaycan Turizm və Menecment Universitetində şəhid M.Həsənzadəyə aid guşə yaradılıb, auditoriyaya onun adı verilib.

Bundan başqa, Qubadlı rayonunun Kavdadığ, Xocahan, Yuxarı Mollu kənd tam orta məktəblərində, Sumqayıt şəhərindəki 7 nömrəli tam orta məktəbdə şəhidin adına siniflər yaradılıb. Gələcəkdə Qubadlı rayonuna köç baş tutacağı təqdirdə, orta məktəblərdən birinə də şəhid Məhəmmədəli Həsənzadənin adı veriləcək. Eyni zamanda Qubadlı rayonunda əsas küçələrdən biri şəhidin adını daşıyacaq. Bütün bunlar şəhid M.Həsənzadənin adının əbədiləşdirilməsinə, xatirəsinin daim uca tutulmasına yönəlik addımlardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Sentyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri