Icma.az
close
up
RU
Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 sentyabr, AZƏRTAC

Vətən sevgisi ilə yaşayan Ramil Hüseynov 1993-cü ildə Füzuli-Beyləqan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov AZƏRTAC-a açıqlamasında şəhid qardaşı ilə bağlı xatirələrini bölüşüb.

“Atam Cəlil kişi Füzuli rayonunun Qaraxanbəyli kəndinin sadə və zəhmətkeş insanlarından biri idi. Övladlarını halal zəhmətlə böyüdüb, onlara Vətənə, torpağa və insanlara sevgi aşılayıb. Bu ailədə Vətənə bağlılıq və torpaq sevgisi hər zaman xüsusi dəyər daşıyıb. Qardaşım Ramil də belə bir tərbiyə və dəyərlər əsasında böyüyüb”, -deyə Hüseyn Hüseynov bildirib.

Ramil Hüseynov 1970-ci il aprelin 19-da anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarında hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdaraq Bakıda, Neft Daşlarında işləməyə başlayıb. Qısa müddətdə işgüzarlığı, peşəkarlığı və səmimi münasibəti ilə çalışdığı kollektivin hörmətini qazanıb.

Qaynaqçı işlədiyi neft mədənində baş verən yanğın zamanı ağır xəsarət alan Ramil uzun müddət xəstəxanada müalicə olunub. Aldığı xəsarətlər nəticəsində ona II qrup əlillik dərəcəsi təyin edilib.

Lakin səhhətində yaranan problemlər onun Vətən qarşısında məsuliyyət hissini və Qarabağ torpaqlarının azad olunması istəyini zəiflətməyib. Ramil cəbhədə döyüşən əsgərlərə maddi və mənəvi dəstək göstərib. Bununla kifayətlənməyərək özü də silaha sarılaraq döyüşlərdə iştirak etmək, işğal olunmuş torpaqların azadlığı uğrunda mübarizə aparmaq istəyib.

1993-cü ilin əvvəlində Ramil evə hərbi geyimdə qayıdanda ailəsi onun bu qərarına təəccüblənməyib. Yaxınları bilirdilər ki, Qarabağ müharibəsinin başladığı gündən onun arzusu cəbhəyə getmək, döyüşçülərlə çiyin-çiyinə mübarizə aparmaq olub.

Ramil Hüseynov mülayim, mehriban və xoşxasiyyətli insan kimi xatırlanır. Kəndə gəldiyi zaman uşaqlar onu böyük sevinclə qarşılayırdılar. O, uşaqlara qayğı göstərir, imkan daxilində onlara maddi yardım edirdi.

Döyüşlərə yollanarkən Ramilin ailə qurmasından cəmi iki ay keçmişdi. Həyat yoldaşı İlhamə xanımla münasibətləri hələ gənclik illərindən başlayıb. Hərbi xidmətdə olduğu dövrdə ona məktublar yazan, açıqcalar göndərən Ramil ailəsinə və həyat yoldaşına olan sevgisini daim ifadə edib. İlhamə xanım illər keçməsinə baxmayaraq onun xatirəsini və sevgisini yaşatdığını söyləyir.

Ramil Hüseynov Binəqədi rayon ərazi özünümüdafiə batalyonunun sıralarına qoşularaq Vətən uğrunda son nəfəsinə qədər mübarizə aparacağına and içib. Döyüşlər zamanı bir sıra əməliyyatların uğurla həyata keçirilməsində onun da mühüm xidmətləri olub. Döyüş yoldaşları onu sayıqlığı, cəsarəti və məsuliyyəti ilə seçilən döyüşçü kimi xatırlayırlar.

Şəhidin bacısı İradə Hüseynova Ramilin şəhid olmasından üç gün əvvəl gördüyü yuxunu da xatırlayır. Onun sözlərinə görə, həmin gecə evlərinin dirəklərinin uçduğunu görüb və bu yuxu ailədə dərin narahatlıq yaradıb.

Ramilin qardaşı Rövşən Hüseynov da həmin günləri kövrək hisslərlə xatırlayır: “Elə bil ürəyimə dammışdı ki, nəsə olacaq. Onun şəhid olmasından üç gün əvvəl məni hərbi xidmətdə ziyarətə gələn anamı Ramilin yanına yolladım”.

1993-cü ilin dekabrında Füzuli-Beyləqan istiqamətində şiddətli döyüşlər gedirdi. Döyüş texnikasını peşəkarlıqla idarə edən Ramil düşmənin atəşinə baxmayaraq mövqeyini tərk etməyib, döyüş tapşırıqlarını yerinə yetirib. Qarşı tərəfin ağır artilleriya və texnikadan istifadə etdiyi həmin döyüşlərdə Azərbaycan əsgərləri müqaviməti davam etdiriblər.

Ramil Hüseynov 1993-cü il dekabrın 10-da Xaçınstroy (Xaçındərbənd) istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun həyat yolu Vətənə bağlılığın, torpağa sevginin və mübarizə əzminin nümunəsi kimi ailəsinin və onu tanıyanların qəlbində yaşayır.

Müxbir – Tünzalə Arazlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri