Icma.az
close
up
RU
Vətən uğrunda yazılmış əbədi bir dastana çevrilən şəhid ömrü

Vətən uğrunda yazılmış əbədi bir dastana çevrilən şəhid ömrü

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 may, AZƏRTAC

Bəzən bir insanın ömrü illərlə deyil, göstərdiyi cəsarətlə ölçülür. Qısa, amma mənalı yaşanan həyat hekayələri var ki, zaman keçdikcə unudulmur, əksinə daha da dərinləşərək yaddaşlara həkk olunur. 2016-cı ilin Aprel döyüşləri də belə qəhrəmanlıqların səhnəsi oldu – bu səhnədə adını tarixə yazan igidlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Elimdar Səfərov idi. Onun həyatı sadə bir gəncin taleyindən başlayıb, Vətən uğrunda yazılmış əbədi bir dastana çevrildi.

AZƏRTAC Aprel döyüşləri şəhidinin həyat hekayəsinə nəzər salır.

Elimdar Səlimxan oğlu Səfərov 1992-ci il iyulun 26-da Yardımlı rayonunda dünyaya göz açıb. Uşaqlıq illəri Neftçalanın Aşağı Qaramanlı kəndində keçən Elimdar erkən yaşlarından zəhmətə alışmış, ailəsinə dayaq olmuşdu. Məktəb illərində həm oxuyur, həm də daş karxanasında çalışaraq ailəsinə kömək edir, eyni zamanda idmanla məşğul olaraq güclü iradə formalaşdırırdı. Onun həyat devizi isə sadə və dərin idi: “İnsan həyata bir dəfə gəlir, Allah eşqinə, əməli-saleh və düzgün yaşamalıdır.”

Orta təhsilini başa vurduqdan sonra Elimdarın yolu orduya düşdü. 2010-cu ilin oktyabrında hərbi xidmətə yollanan gənc Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmət edib və burada özünü intizamlı, qorxmaz döyüşçü kimi göstərib. Hərbi forma onun üçün sadəcə vəzifə deyil, bir ömürlük seçim idi. Bu səbəbdən xidmətini başa vurduqdan sonra da yenidən ordu sıralarına qayıdıb, xüsusi təlimlərdə iştirak edərək bilik və bacarıqlarını daha da artırıb.

Xidməti dövründə bir sıra mühüm tapşırıqların iştirakçısı olan Elimdar 2014-cü ilin iyulunda Goranboy rayonu ərazisində keçirilən əməliyyat zamanı böyük fəallıq nümayiş etdirib. Həmin əməliyyat Elimdarın doğum gününə təsadüf edibmiş. O, doğum günü olduğunu zarafatla xatırladaraq “Necə gözəl gündür, düşmənə zərbə vurmuşuq və yenə vuracağıq" deyib. Bu sözlər onun Vətən sevgisinin nə qədər dərin olduğunu açıq şəkildə göstərirdi.

2016-cı ilin Aprel döyüşləri isə Elimdarın adını tarixə həkk etdirdi. Cəbhənin ən gərgin nöqtələrində – Ağdərə, Tərtər, Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə o, əsl qəhrəmanlıq nümunəsi göstərib. Pulemyotla fasiləsiz atəş açaraq döyüş yoldaşlarının irəliləməsinə şərait yaradıb, yaralıları döyüş meydanından çıxarıb. Snayper gülləsi ilə ağır yaralansa da geri çəkilməyib, son nəfəsinə qədər döyüş mövqeyini qoruyub və şəhidlik zirvəsinə ucalıb.

Qardaşı Elizbar Səfərov Elimdarın ən böyük arzusunun hərbçi kimi Vətən keşiyində dayanmaq olduğunu bildirib: "Elimdar öz arzusunun arxasınca getmək üçün anamızdan xeyir-dua aldı. Anamız da onun arzusuna qarşı çıxmadı. Döyüş yoldaşları onun haqqında elə ağızdolusu danışırlar ki. Deyirlər ki, Elimdarın varlığı döyüşdə bir güvən, bir dayaq idi. Qardaşım yaralı olmasına baxmayaraq, silahdaşlarına güc verib, öz yarasını unudaraq döyüşərək dostlarını xilas edib. Digər dostları şəhid olanda deyib ki, görəsən anası necə dözəcək? Mən şəhid olsam anamı, ailəmi tək qoymayın. Dostları sağ olsunlar, onun vəsiyyətinə hələ də əməl edirlər. O, torpaqlarımızı işğaldan azad edilməsini, doğma sakinlərin öz yurd-yuvalarına dönməsini çox arzulayırdı. Həmin amal uğrunda canından keçdi. Hazırda Elimdar bunu görməsə də onun arzusu reallaşıb. Əminəm ki, qardaşımın və bu yolda qurban gedənlərin ruhu dinclik tapıb".

Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Elimdar Səfərov 2016-cı il aprelin 4-də Neftçalada böyük izdihamla dəfn olundu. Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Bu gün onun adı və xatirəsi yaşayır. Adına küçə verilib, ev muzeyi yaradılıb, bulaq tikilib. Hər il doğum günü qeyd olunur, xatirə tədbirləri keçirilir. Elimdar Səfərov artıq təkcə bir ad deyil – o, Vətən uğrunda canından keçənlərin simvoluna çevrilib, səssiz, amma qürur dolu bir yaddaş kimi yaşayır.

Müxbir - Göyçək Mahmudlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri