“Vətəndaş A” serialı yarımçıq dayandırılır? FOTO KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Cəmiyyətdə böyük müzakirəyə səbəb olan, İctimai TV-də yayımlanan “Vətəndaş A” serialı başa çatır.
Serialın sonuncu – 12-ci bölümünün dekabrın 7-də efirə gedəcəyi ilə bağlı anonslar yayımlanır.
Aktyor Qurban İsmayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, “Vətəndaş A” serialı erkən final etmir:
“Bəli, serial başa çatır. Çəkilişlərə ötən il başlamışdıq. Efirə getməzdən əvvəl də deyilmişdi ki, layihə 12 bölümdən ibarət olacaq. Serial sevildi, müzakirə olundu. Ssenari “Almaz” pyesi əsasında hazırlanıb. Ondan artıq ssenarini uzatmaq yaxşı görünməz”.
Qurban İsmayılov belə ssenarilərin davamlı olmasını arzulayıb.
Qeyd edək ki, serialın baş prodüseri Sevinc Əliyeva, rejissoru Elvin Rüstəmzadədir. Ekran işində aktyorlar Günəş Mehdizadə, Qurban İsmayılov, Şamil Süleymanlı və başqaları rol alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 02 Dekabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















