Vətəndaş “Azercell”dən şikayətçidir: Gündəlik limitlər hesabına əlavə xərclər artır
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Mobil operatorun xidmətlərindən narazılıqla bağlı növbəti vətəndaş şikayəti gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, bir vətəndaş “Azercell” mobil operatorunun tarif və internet istifadəsi ilə bağlı tətbiq etdiyi mexanizmdən ciddi narazılıq edir. Şikayətçinin sözlərinə görə, aylıq 30 manatlıq paketdən istifadə etməsinə baxmayaraq hər gün ona “limit keçmisiniz” bildirişi göndərilir və balansından əlavə olaraq 0,22 manat tutulur.
Vətəndaş bildirir ki, bu hal mütəmadi təkrarlanır və nəticədə aylıq xərcləri 50, 60, hətta 70 manata qədər yüksəlir. Onun iddiasına görə, internetdən və ya xidmətlərdən normadan artıq istifadə etmədiyi halda belə, gündəlik olaraq limitin keçilməsi ilə bağlı ödənişlər hesablanır.
Şikayətçi məsələ ilə bağlı “Azercell”in müştəri xidmətinə dəfələrlə müraciət etdiyini, lakin konkret və qaneedici cavab ala bilmədiyini deyir. Onun sözlərinə görə, müraciətlərə formal yanaşılır, problem araşdırılmır və məsuliyyətli izahat verilmir.
Vətəndaş hesab edir ki, bu cür yanaşma istehlakçı hüquqlarının pozulmasıdır və mobil operatorun fəaliyyətində şəffaflıq yoxdur. O vurğulayıb ki, artıq məsələ ilə bağlı hüquqi müstəviyə müraciət edib və “Azercell”i məhkəməyə və Prokurorluğa verdiyini bildirib.
Şikayətçi bu problemi ictimailəşdirməkdə məqsədinin digər abonentlərin də oxşar hallarla üzləşə biləcəyini diqqətə çatdırmaq olduğunu deyir və aidiyyəti qurumları mobil operatorların fəaliyyətinə daha ciddi nəzarət etməyə çağırır.
Qeyd edək ki, son dövrlər mobil rabitə xidmətləri ilə bağlı limit, əlavə ödənişlər və tarif şərtlərinin aydın izah olunmaması mövzusunda vətəndaş müraciətləri artmaqdadır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 24 Dekabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















