Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər VİDEO
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Dövlətə məxsus “Asan finans” sistemi vasitəsilə banklar vətəndaşların maaş və borcları başda olmaqla bir çox şəxsi məlumatlarını sorğulayırlar. Bu da tez-tez müzakirələrə və narazılıqlara səbəb olur.
Mütəxəssislər bildirirlər ki, bu, “ASAN finans” platforması əsasında baş verir. Bu platforma biznesmenlərin və vətəndaşların lazım olan informasiyasını əldə etmək üçün yaradılıb. Banklar da bu platforma vasitəsilə müştəridən ərizə istəmədən lazım olan məlumatları yerindəcə əldə etmək imkanı qazanır. Amma “Fərdi məlumatlar haqqında” qanununa əsasən, fiziki və hüquqi şəxslər barədə məlumatları əldə etməzdən əvvəl onlardan razılıq alınmalıdır.
İKT mütəxəssisi Fərhad Əliyev bildirir ki, vətəndaşlar fərdi məlumatlarının qorunmasını özləri həyata keçirə bilərlər.
Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən isə bildirildi ki, vətəndaş məlumatlarının qanunsuz sorğulanması ilə bağlı məhkəməyə müraciət edə və bankdan təzminat tələb edə bilər.
Ekspertlər deyirlər ki, vətəndaşların öz hüquqlarını bilmələri üçün “Fərdi məlumatlar haqqında” qanunla tanış olmaları məsələhətdir.
Globalinfo.az Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 09 May 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















