Icma.az
close
up
RU
Vətəndaşlara 30 milyon manatadək ziyan dəyib Deputat

Vətəndaşlara 30 milyon manatadək ziyan dəyib Deputat

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Müasir şəraitdə Azərbaycanın əsas prioritet vəzifələri sırasında ölkənin kibersuverenliyinin təmin edilməsi xüsusi yeri tutur. Kritik infrastrukturu obyektlərinin etibarlı formada mühafizəsi, vətəndaşların hüquqları və qanuni mənafelərinin müdafiəsi ayrılmaz şəkildə kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlıdır”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov deyib.

Deputatın sözlərinə görə, müasir şəraitdə cinayətkarlığın strukturu və dinamikasında müşahidə edilən uzunmüddətli meyillər birmənalı olaraq nümayiş etdirir ki, mütəşəkkil cinayətkar qruplar və fərdi kriminal elementlər informasiya kommunikasiya texnologiyalarından istifadə edərək terrorçuluq, cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırılması, maliyyə sisteminin mühüm elementi olan bank strukturlarının fəaliyyətinə qarşı kiberdələduzluq kimi qanuna-zidd məqsədlər uçun istifadə edirlər: “Sön dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsi ilə saxta videomüraciətlərin yayılnması, sosial mediada bankların etimadından sui-istifadə etməklə həqiqətə uyğun olmayan məlumatların yayılması, vətəndaşların bank kartlarından kiberdələduzluq vasitəsi ilə külli miqdarda vəsaitlərin əldə olunması təcili təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Rəsmi rəqəmlərə görə, 2024-cü ildə kiberdələduzluq nəticəsində vətəndaşlara 22 milyon manatdan çox maddi ziyan vurulub, 2025-ci ilin ilk dörd ayı ərzində dəymiş zərər 6 milyon manatdan çox olub. Müvafiq dövlət orqanları kibercinayətkarlıqla mübarizədə bütün zəruri təbdirləri həyata keçirirlər, eyni zamanda, məsələnin mühüm tərəfi mövcud qanunvericiliyin təkmilləsdirilməsi və cinayətkarlığın gələcək illərdə transformasiya tendensilarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsidir. Nəzərinizə catdırmaq istərdim ki, 2024-cü ilin 24 dekabr tarixində son iyirmi ildə ilk dəfə olaraq BMT 193 dövlətin səsverməsi nəticəsində Kibercinayətkarlıqla mübarizə üzrə Konvensiya qəbul etmişdir. Qısa zamanda onun ratifikasiyası və beynəlxalq standartların milli qanunvericiliyə daxil olunması müstəsna əhəmiyət kəsb edir. Regional təcrübədən də yaralanmaq faydalı ola bilər. Bir çox Avropa dövlətləri milli hüquq sistemi çərçivəsində süni intellektin tənzimlənməsi, kibercinayətkarlıqla mübarizə, rəqəmsal aktivlərin dövriyyəsi prosesində təhlükəsizliyin təmin olunması ilə bağlı çox sayda qanunvericilik aktları qəbul etmişdir. Bunula bağlı qabaqçıl təcrübə mübadiləsinin əhəmiyyəti inkar edilməzdir və nəticə etibarı ilə kiberfəza sahəsində təhlükəsizliyin təmin edilmə ciddi töhfə verə bilər”.      

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri