Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Vətəndaşlara Çindən avtomobil gətirmək qadağası

Vətəndaşlara Çindən avtomobil gətirmək qadağası

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Elməddin Muradlı: “Tövsiyə edirəm ki, rəsmi dilerdən maşın alsınlar”

“Məlum olub ki, ötən il Azərbaycana idxal olunan avtomobillərin 45%-i paralel idxaldır, yəni "boz bazardan" gətirilir. “Boz bazar” isə el arasında qeyri-rəsmi gətirilən avtomobillər deməkdir. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuz qiymətə Çinin istehsalçı şirkətindən maşını alıb, öz adına idxal edir".

Bunu tanınmış texnobloger Fərid Pərdəşünas  sosial hesabında yazıb. Onun sözlərinə görə, bu rəqəm Azərbaycanda bəzi dilerləri narahat edib. Verilən məlumatlara görə, onlar dövlətə, Sahibkarlar Konfederasiyasına müraciətlər edirlər ki, vətəndaşın belə alışlarına məhdudiyyətlər gəlsin. Bloger vurğulayıb ki, hətta bununla bağlı Sahibkarlar Konfederasiyası məhdudiyyətləri əks etdirən təklif hazırlayır.

 F.Pərdəşünas bunu olduqca absurd yanaşma hesab edir: “Birincisi, onu deyim ki, mən özüm Çin avtomobilimi (Tesla yox, Geely) servisdən almışam. YouTube kanalıma baxsanız, rəsmi servislərlə əməkdaşlıq etdiyimi görərsiniz. Onlardan pul qazanmışam. İzləyiciyə verdiyim məsləhətlər də həmişə servisin imkanları ilə bağlı olub ki, servisdən alsanız, zəmanət, xidmət, ehtiyat hissə zəmanəti əldə etmiş olursunuz. Amma bu o demək deyil ki, vətəndaşın seçim imkanı məhdudiyyətlərlə tənzimlənsin. Azərbaycanlı sahibkar hansısa avtomobil istehsal edir ki, onun hüququ da qorunsun? Avtomobili qoyaq kənara, bəlkə biri təkər istehsal edir? Bu, sahibkarı yox, alverçini qorumaq məntiqi olardı. Və ya Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş da gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə sahibkar bundan artığını edir?”

O hesab edir ki, sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər: “Rəsmi satıcılar daha üstün imkanlar təqdim edib, alıcını cəlb etməlidir: servis, xidmət, ehtiyat hissə, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. Onsuz da bunu verəndə, mənim kimi servis tərəfdarı olanlar gedib oradan alacaq”.

Fərid Pərdəşünas hesab edir ki, bunu istəməyənləri məcbur etmək doğru deyil. Onun sözlərinə görə, dilerlərdən pul alıb, sifarişlə belə təbliğat, reklam aparan blogerlər, influencerlər doğru mesaj vermir: “Mən də bu işi görürəm, amma qətiyyən alıcını qadağa altına salmaq olmaz. Əgər dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır. Məsələn, ABŞ deyir ki, mən Çin brendlərinə 100% rüsum tətbiq edirəm. Daha bunu sahibkara və vətəndaşa ayırmır”.

Bloqçu bildirir ki, hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. O xatırladır ki, hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq ucuz avtomobil almağa imkan yaradıb: “İnsanlar 20-30 min manata təzə maşın alırlar və dövlətin bu strategiyası əladır. Düşünürəm ki, dövlət elə bu cür də davam etməlidir. Sahibkarlar isə azad rəqabətə uyğunlaşmalıdır, direktiv qərarlardan mədət ummamalıdırlar”.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, “boz bazar”la bağlı araşdırmalar aparılır. Onun sözlərinə görə, bu məsələdə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edilir: “Rəsmi dilerlər bu problemdən çox ciddi şəkildə əziyyət çəkirlər. Nəzərə alaq ki, paralel idxal dövlətə və rəsmi dilerlərə çox böyük ziyan vurur. Onlar rəsmi gətirilən avtomobilləri sata bilmirlər. Əslində alıcıların da heç xeyrinə deyil. Bəzən alıcılar fikirləşirlər ki, ucuz qiymətə maşın alıb qabağa düşdülər, əslində sonradan ortaya çıxan problemlər onu göstərir ki, yanılıblar. İnsanlar eyni modelin Çin versiyasını daha ucuz qiymətə alırlar. Burada qiymət fərqi 5-10 min arasındadır. Məsələn, "Toyota"nın avtomobili rəsmi şəkildə gətiriləndə ona ən azı  5-6 il rəsmi zəmanət verilir, ödənişlər etməklə bu zəmanəti 10 ilə kimi artırmaq olar.  Bununla da avtomobili rəsmi dilerdən alan şəxs üçün risk azalır. Eyni zamanda həmin maşını satan zaman da rahat olur ki, zəmanəti var və s. Bu avtomobillər istehsal olunarkən ölkələrin xarakterinə uyğunlaşdırılır, müxtəlif səviyyələrdə müzakirələr gedir. Mütəxəssislər Azərbaycanın iqlim, yol şəraitini, yanacağının keyfiyyətini araşdırırlar və ondan sonra qərar qəbul olunur ki, ölkəmiz üçün göndəriləcək avtomobillər təxminən bu parametrdə olsun. Yəni istehsalı Azərbaycana uyğunlaşdırırlar. Paralel idxalda isə rəsmi servis heç bir zəmanət vermir, yanaşma fərqli olur. Elə ölkə var ki, vətəndaşına şərt qoyur ki, il ərzində şəxsi istifadə üçün yalnız bir maşın gətirə bilərsən. Və yaxud da ölkəyə paralel idxalla avtomobil gətirirsənsə, rəsmi dilerlə razılaşmalısan. Əks təqdirdə,  vətəndaş hansısa problem yarananda ehtiyat hissə tapa bilmirəm deyib çətinlik çəkəcək. Rəsmi diler isə ehtiyat hissələrinin orjinalını ölkəyə gətirir, servis xidməti göstərir. Paralel idxalla gətirən adam isə pulu alır, maşını təhvil verir və deyir ki, heç bir problemə görə məsuliyyət daşımır. Bu yaxınlarda araşdırma apardım, “Toyota”nın hansısa modelində kiçik nöqsan var idi. Ölkə üzrə həmin avtomobillərdən tapıb gətirdi ki, mühərriki dəyişməlidir. Burada alıcının heç bir xərci çıxmadı. Həmin maşınların Çin versiyalarından nə qədəri ölkəyə gəlib. Görün, onlarla bağlı hansısa yenilənmə edildimi? Doğrudur, rəsmi idxalçı gətirəndə qiymət bir az çox olur. Çünki o servis xidməti göstərir, zəmanət verir, onun dövlətə ödədiyi pulların da həcmi çox olur.  “Toyota”nın Çin versiyası olan maşınının qəza videosuna baxmışam. Orada avtomobil qəza zamanı kağız kimi ovuldu.  Çin versiyası daha komfortlu görünür, lakin qəza anında qutu kimi əzilir. Ona görə də vətəndaşlara tövsiyə edirəm ki, rəsmi dilerdən maşın alsınlar".

(musavat)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 31 Yanvar 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri