Icma.az
close
up
RU
“Vətəndaşlara kompensasiya ödənilməli, evlər sökülməlidir!” Xəritə niyə gizli saxlanılır? KONKRET

“Vətəndaşlara kompensasiya ödənilməli, evlər sökülməlidir!” Xəritə niyə gizli saxlanılır? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Seysmoloji ərazilərdə inşa edilən fərdi yaşayış evləri sökülməli və ərazidə tikinti işləri qadağan edilməlidir. Əks halda, dağıntı və insan təlafatı labüd olacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.

O qeyd edib ki, seysmoloji xəritələr vətəndaşlar üçün əlçatan olmalıdır:

“Paytaxt Bakıda, həmçinin, ölkənin digər şəhərlərində son illər demək olar ki, tikinti sürətlə artıb. Hazırda yalnız Abşeron yarımadasında fərdi yaşayış evləri çıxarışla təmin olunmur. Bunun müxtəlif səbəblər var. Həmin səbəblərdən biri qadağan edilən ərazilərdə inşaat işlərinin aparılmasıdır.

Hər bir kəs üçün önəmli olan məsələlərdən biri də istər paytaxtın, istərsə də bölgənin seysmoloji xəritəsidir. Əgər hansısa ərazi seysmoloji olaraq aktiv və zəlzələyə meyllidirsə, sürüşmə zonasıdırsa, bu ərazilərdə tikinti işlərinin aparılması qadağan olunmalıdır.

Xəritənin vətəndaşlar üçün əlçatan olmaması onları bu məlumatlardan məhrum edir və onlar da həmin ərazilərdə tikinti işləri aparırlar. Təbii ki, seysmik aktiv zonalarda tikinti işlərinin aparılması qadağandır. O baxımdan bu tip ərazilərin hasara alınması, orada məlumat lövhələrinin yerləşdirilməsi, yaxud fərdi yaşayış evlərinin sökülərək köçürülməsi tələb olunur”.

Ekspert əlavə edib: “Vətəndaşlar bununla bağlı bilgiləndirilərsə, heç bir halda həmin ərazilərdə tikinti işləri aparmaz. Ərazinin xəritəsi ictimaiyyətə təqdim olunarsa, orada yerləşən əmlakların satış qiymətlərində ciddi şəkildə enmə müşahidə ediləcək. Sözügedən yaşayış məntəqələri birmənalı olaraq, digər ərazilərə köçürülməli, evlər sahiblərindən satın alınmalı, vətəndaşlara kompensasiya ödənilməklə oradakı bütün evləri sökülməlidir. Əks halda gələcəkdə baş verə biləcək zəlzələ, yaxud digər təbii fəlakətdə insan təlafatı və dağıntı qaçılmaz olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see357

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see254

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see216

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see200

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see181

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see144

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see141

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see127

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see127

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see125

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see122

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see122

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see121

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see120

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see120

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see118

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see115

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri