Icma.az
close
up
RU
Sumqayıtda 7 nömrəli avtobus sürücüləri özbaşınalıq edir, tədbir görən yoxdur FOTO

Sumqayıtda 7 nömrəli avtobus sürücüləri özbaşınalıq edir, tədbir görən yoxdur FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıtda avtobus sürücülərinin özbaşınalıqları artıq şəhər əhalisinin ciddi narazılığı ilə üzləşib.

Avtosfer.az xəbər verir ki, artıq bir müddətdir ki, Sumqayıt şəhərinin əsas nəqliyyat yükünü daşıyan 7 nömrəli marşrut avtobusunun sürücüləri qaydalara riayət etmir. Belə ki, şəhər avtovağzalı ilə Xəzər bağlar massivi və 13-cü mikrorayonu birləşdirən marşrut xətti üzrə hərəkət edən 7 nömrəli avtobusların sürücüləri öz xətləri üzrə hərəkətdən yayınır.

Bakı küçəsi ilə irəliləyib avtovağzalın qarşısındakı dayanacaqda avtobusu saxlamalı olan sürücülər xətdən çıxaraq sağa, yəni Sülh prospektinə dönür və “7 nəsil” heykəlinin qarşısından Heydər Əliyev prospektinə - sola dönərək son dayanacağa yaxınlaşırlar. Bununla da daha çox relsə çıxaraq günlük planlarını yüksəldə bilirlər. Avtovağzala, oradan da Bakıya üz tutmağa çalışanlar isə bu sürücülərin ucbatından uzun məsafəni piyada qət etməli olurlar.
Məsələ ilə bağlı “Sumqayıt Nəqliyyat” MMC-nin rəisi Elgiz Fərəcovdan açıqlama almağa çalışsaq da, bu mümkün olmayıb. Daha sonra MMC-nin əməkdaşı Tofiq Saydumov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirdi ki, qeyd edilən problem yalnız günün pik saatlarında baş verir. Sürücülər vətəndaşların işə gecikmələrinin qarşısını almaq məqsədilə avtovağzalın qarşısına getmirlər. Çünki pik saatlarda avtovağzalın önündə tıxac yaranır.

Sakinlər isə MMC nümayəndəsinin sadəcə bəhanə irəli sürdüyünü bildirir. Belə ki, Sumqayıt sakinlərinin Avtosfer.az-a verdiyi məlumatda qeyd edilir ki, günün bütün saatlarında analoji halla rastlaşmaq mümkündür. Hətta səhər və axşam saatlarında da sürücülərin bu cür özbaşınalıqları adi hala çevrilib.  Sakinlər artıq Bakı və Gəncədə ictimai nəqliyyat sahəsində yaradılan şəraitin Sumqayıtda da qurulmasını, “BakuBus” avtobuslarının gətirilməsini tələb edir. Bildirirlər ki, mövcud şəraitdə kart sisteminin olmaması, daha əvvəl gətirilib işə yaramaması, sürücülərin özbaşınalıqları, bir-birlərilə yollarda yarışmaları narahatlıq yaradır.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 May 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri