Icma.az
close
up
RU
Vətəndaşları sosial şəbəkələrdə belə şəxslərin fəaliyyətlərini boykot etməyə çağırırıq MÜNASİBƏT BİLDİRİLDİ

Vətəndaşları sosial şəbəkələrdə belə şəxslərin fəaliyyətlərini boykot etməyə çağırırıq MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan hüquqi-demokratik dövlətdir. Bu cür dövlətlərdə vətəndaşların konstitusiya hüquqları mövcuddur və bu hüquqlar dövlət tərəfindən qorunur. Hər bir vətəndaşın qanunla müəyyən edilmiş hüquqi statusu var və hüququ pozan əməllərinə görə müvafiq cəzalar tətbiq olunur. Cinayət, inzibati xəta, mülki və sair məcəllələrdə əks olunan hüquq pozuntuları ilə bağlı müvafiq tədbirlər görülür". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Onun sözlərinə görə, demokratik quruluşların müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də mövcuddur: "Bu mənfilərdən biri, xüsusən, son dövrlərdə artan LGBT ideologiyasının cəmiyyətimizə təbliği və bu ideologiyanın təşkilatlanmasına qarşı dövlətin və cəmiyyətin mübarizəsidir. Avropa ilə eyni quruluşda olmağımıza baxmayaraq, biz Azərbaycan olaraq müsəlman bir cəmiyyətik və bu da öz milli və dini dəyərlərimizə bağlıdır. Əsrlər boyu formalaşan ailə strukturu, qadın və kişi münasibətlərini tənzimləyən yazılmamış kodekslər mövcuddur. Bu çərçivədə LGBT ideologiyasına mənsub şəxslərin açıqlamaları və onların təbliği, bizim cəmiyyət üçün qəbuledilməzdir. Bu əməl Allahın insanda yerləşdirdiyi fitrətə də ziddir. LGBT(geylik,lezbiyanlıq) bütün səmavi dinlərdə, eləcə də İslam dinin müqəddəs kitabı olan Qurani-Kərimdə də haram edilmişdir. Qurani-Kərimdə keçən Lut qövmünün qissəsi buna açıq-aşkar sübutdur.

Bu mənada, son illərdə, xüsusilə sosial şəbəkələrdə, xüsusən də "TikTok" platformasında LGBT ideologiyasının təbliğ edilməsi və açıq şəkildə əxlaqsızlıq nümayiş etdirən şəxslərin ortaya çıxması böyük narahatlıq doğurur. Belə şəxslər zahirən kişi olub, lakin hərəkətləri qadınlar kimi olan bəzi insanlar, açıq şəkildə LGBT ideologiyasını təbliğ edirlər. Daha da təəssüf doğuran isə bu şəxslərin izləyicilər tərəfindən dəstəklənməsi, onlara hədiyyələr göndərilməsi və maddi dəstək göstərilməsidir. Bu dəstəyin verilməsi, ümumilikdə, bu şəxslərin sosial şəbəkələrdəki təsirini artırır və cəmiyyətdə yanlış mesajlar yayır.

Sosial şəbəkələrdə açıq şəkildə əxlaqsızlıq təbliğ edən bu şəxsləri izləyənlərin çoxluğu da ciddi bir problemdir. "TikTok" kimi platformalarda bu şəxslər daha çox diqqət çəkir və bunun nəticəsində cəmiyyətin gənc nəsli bu ideologiyaları normal qəbul etməyə başlayır. Bu, zamanla ailə strukturlarına, cəmiyyətin etik dəyərlərinə və milli adət-ənənələrə ciddi təsir göstərəcək".

"Məsələn, bəzi müğənnilər, aparıcılar və digər tanınmış şəxslərin açıq şəkildə anormal oriyentasiyaya sahib olmaları və bunu gizlətməmələri ciddi narahatlıq yaradır. Belə şəxslərin populyarlığı, onların daha çox izləyicisi və dəstəkçisi olmasına səbəb olur. Həmçinin belə şəxslər daha yüksək mövqelərə gəlir və onların dəstəkləyiciləri də bu cür davranışları normal qəbul etməyə başlayır. Bu da gələcəkdə bu ideologiyanın daha da geniş yayılmasına səbəb olacaqdır.

Bununla yanaşı, demokratik quruluşların hər cür azadlığı təmin etməsi və fərdi hüquqları qoruması vacib olsa da, cəmiyyətin öz dəyərlərinə sahib çıxması, milli və dini adət-ənənələrini qoruması önəmlidir. Azərbaycanlılar olaraq, müsəlman cəmiyyəti olaraq, LGBT ideologiyasına qarşı mübarizə aparmaq və bu təbliğatın qarşısını almaq bizim üçün vacibdir. İctimai qınaq cəmiyyətin bu cür təbliğatla mübarizəsinin önündə durmalıdır. Biz vətəndaşları sosial şəbəkələrdə belə şəxsləri izləməməyə, onlara dəstək verməməyə və onların fəaliyyətlərini boykot etməyə çağırırıq.

Bu çağırış bizim uşaqlarımızın və gələcək nəsillərin sağlam cəmiyyətlərdə böyüməsi üçün vacibdir. Bu ideologiyaların geniş yayılmasının qarşısını almaq, cəmiyyətin əxlaqi dəyərlərinə zidd olan davranışlara qarşı ciddi mövqe almaq hər birimizin məsuliyyətidir. Əgər biz bu məsələyə etinasız yanaşsaq, gələcəkdə bu ideologiyalar bizim ətrafımızda daha geniş yer tuta bilər, nəinki sosial şəbəkələrdə, həm də real həyatımızda. Bu səbəbdən, biz cəmiyyət olaraq birlikdə bu məsələlərə qarşı mübarizə aparmalıyıq" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri