Icma.az
close
up
RU
Vətəndaşların tikinti şirkətləri tərəfindən aldadılması məsələsi qaldırılıb

Vətəndaşların tikinti şirkətləri tərəfindən aldadılması məsələsi qaldırılıb

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu qanun layihəsinə təklif olunan dəyişiklik aktualdır və yaşıl enerjiyə keçidlə bağlı bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Şəhərsalma və tikinti Məcəlləsində və digər qanunvericilik aktlarında da bu məsələyə diqqət göstərilsin. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Bəxtiyar Əliyev deyib.

“Vaxtilə biz Milli Məclisdə müzakirə etdik ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın və gələcəkdə vətəndaşları narahat edəcək bir çox problemlər yaşanmasın. Amma çox təəssüflər olsun ki, bu gün də bu məsələ həllini tapmayıb. Bir çox tikinti şirkətləri bu istiqamətdə vətəndaşların çox böyük etimadını qazanıb, əmlakın dövlət reyestrində qeydiyyat məsələlərini həll edirlər və mənzillərin 2-3 və daha çox şəxsə satılması və ya sonradan dövlət reysteri xidmətindən çıxarışların alınmasında heç bir problemlərlə üzləşmirlər. Amma elə şirkətlər də var ki, onların dəfələrlə məhkəmələr olub, cinayət işləri qaldırılıb. Eyni zamanda Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş tikinti layihələrinə tikinti zamanı müəyyən dəyişiklik edirlər ki, bunlar da vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Əvvəl bağlanmış müqavilələrdə göstərilmiş və komitə tərəfindən təsdiq edilmiş layihələrlə dövlət reyestri xidmətində mənzillər qeydiyyata alınan zaman uyğunsuzluqlar əmələ gəlir. Çünki istər Mənzil Məcəlləsində, istər Nazirlər Kabinetinin təsdiq etdiyi normalar var ki, mənzillərin ölçüləri uyğun gəlmir. Çox təəssüf olsun ki, bəzi şirkətlər var ki, mənzil tikintisini qanunazidd olaraq həyata keçirir. Ona görə də çox yaxşı olardı ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında hər hansısa bir mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınsın. Bu da imkan verəcək ki, Komitə tərəfindən təsdiq edilmiş layihələrin ölçülərinə, arxitekturaya sonradan heç bir tikinti şirkəti dəyişiklik etməyəcək, vətəndaşların hüquqları qorunacaq, - deyə Bəxtiyar Əliyev qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri