Icma.az
close
up
RU
Zülfünün Vətənə sevgisi ŞƏRH

Zülfünün Vətənə sevgisi ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

İkinci Qarabağ müharibəsində Vətənin harayına vaxtında özünü yetirən və bu yolda şəhidlik zirvəsinə ucalmaqla xalqına başucalığı gətirən minlərlə qəhrəmanlardan bir də Zülfü Ağalı oğlu Ağayevdir. 1977-ci ildə Astara rayonunun Vaqo kəndində dünyaya göz açan Zülfü doğma Azərbaycana, onun torpağına, daşına sonsuz məhəbbət göstərə-göstərə boya-başa çatır. Ordu sıralarına yola düşəndə onun yeganə arzusu yağı tapdağına dönən, müqəddəsliyinə tapındığı Vətənin bir parçası Qarabağ torpaqları azad görmək olur. Vaxtı gələndə bu yolda son damla qanına qədər vuruşacağına and da içir. “Təki bizə məxsus torpaqların bir qarşı da düşmən ayaqları altında qalmasın”- deyir.
Bəli, əyninə əsgər paltarı geyinən Zülfü əzəli Vətən torpaqlarının azadlığı naminə birbaşa səngərə, ermənilərlə döyüşə can atır. Əlinə silah götürüb qaynar bölgədə adına can dediyi Azərbaycanın keşiyini çəkir. Təmiz ürəkli, vicdanlı, qeyrətli, əsgər yoldaşları arasında seçilən, sevilən, dosta sədaqətli gənc oğlan düşmənin hər bir hərəkətinə göz qoyur, verilən tapşırıqları sözsüz yerinə yetirir. Zülfü qarşısına çıxan çətinliklərə Vətən naminə mərdliklə sinə gərir. Nümunəvi xidməti, təlimlərdə əla döyüş keyfiyyətləri daim ona başucalığı gətirir. Vətən sevdalısının həqiqi hərbi xidməti başa çatsa da, amma o, ordudan tərxis olunmur. Ömrünü hərbiyə bağlamaqla, ürəyinin ağrısı olan erməni dığalara əməlli-başlı dərs verəcəyi günü gözləyir...
Zülfü Ağayev hərbi elminin sirlərinə yaxından bələd olmaqdan ötrü Müdafiə Nazirliyinin “Gizir hazırlıq” kursunda oxuyub tankçı peşəsinə yiyələnir. Aprel döyüşləri başlananda Zülfü də qeyrətli Vətən oğulları sırasında qorxmadan, çəkinmədən özünü odun-alovun içinə atır. Düşmənin anasını ağladıb, uzun müddət işğal altında olan Lələ-təpə, eləcə böyük bir ərazi düşməndən azad edilir. Düşmən Azərbaycan əsgərinin gücünü, güvəsini görüb vahiməyə düşür...
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə baş gizir Zülfü yenə də öndə gedir. Onun qalibiyyət sorağı ən qaynar nöqtələrdən gəlir. Zəfərə gedən yolda mərdliklə vuruşur, bir-birindən çətin döyüşlərdə fərqlənir. Necə deyərlər, silahdaşları ilə çiyin-çiyinə verərək erməni dığalarına od qoyurlar. Füzuli rayonu düşməndən təmizlənsə də, ordumuzun bu tarixi qələbədə bir çox qəhrəmanlar kimi Zülfünün Vətən eşqli qəlbi düşmən gülləsinə tuş gəlir. “Qarabağ Azərbaycandır!”- deyib əbədi gözlərini yumur. Beləcə 24 il canından artıq sevdiyi Azərbaycana ləyaqətlə, vicdanla xidmət edən Zülfü milyonlara örnək olan qəhrəmanlıq zirvəsinə ucalır. Astaralılar daim öz oğlunun adını qürurla çəkir, dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları bir daha bu ada şərəf qatır...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri