Icma.az
close
up
RU
“Vətənə bağlı ömür” adlı sənədli bədii filmin təqdimat mərasimi keçirilib

“Vətənə bağlı ömür” adlı sənədli bədii filmin təqdimat mərasimi keçirilib

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

YAP Yasamal rayon təşkilatında Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, 44 günlük Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin ömür yolundan bəhs edən “Vətənə bağlı ömür” adlı sənədli bədii filminin təqdimat mərasi keçirilib.

Təqdimat mərasimdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məhşur “91-lər”dən biri Şahlar Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, 44 günlük Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin anası Rahilə Ramazanova, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, “Vətənə bağlı ömür” adlı sənədli bədii filmin ssenari müəllifi olan Mehriban Sadıqova, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Təqdimat mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, 44 günlük Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin ömür yolundan bəhs edən ssenari müəllifi Mehriban Sadıqovanın olduğu “Gün TV” Media Qrupunun istehsal etdiyi “Vətənə bağlı ömür” adlı sənədli bədii filmi təqdim olunub.

“Vətənə bağlı ömür” adlı sənədli bədii filmin ssenari müəllifi olan Mehriban Sadıqova çıxış edərək 44 günlük Vətən müharibəsində qəhrəman hərbiçilərimizin rəşadətindən və şəhidi Nurlan Mustafayevin əziz xatirəsinə həsr olunmuş “ Vətənə bağlı ömür ” adlı filmin ərsəyə gəlməsindən bəhs edib. Nəzərə çatdırıldı ki, şəhid ailələri və qazilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırılması daim Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətindədir.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məhşur “91-lər”dən biri Şahlar Əsgərov qeyd edib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı mərd oğullarımızın şücayəti sayəsində müzəffər xalq kimi yaşayır. Bu gün Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid vətəndaşlara diqqət və qayğının göstərilməsi, onların rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olmasını bir daha göstərir.

Sonda çıxış edən Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, 44 günlük Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin anası Rahilə Ramazanova Nurlan Mustafayev haqqına öz xatirələrini bölüşüb. Bildirilib ki, Azərbaycan Respublikası hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görür. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Çıxışın sonunda göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mustafayev Nurlan Hamet oğlu şəhadətindən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri