Icma.az
close
up
RU
Vətənə ürəkdən bağlanan Heydər FOTO

Vətənə ürəkdən bağlanan Heydər FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Lənkəranın Cil kəndində boya-başa çatan Heydər Ağahüseyn oğlu Qənbərzadə İkinci Qarabağ müharibəsində Vətən torpağının azadlığı uğrunda özünü fəda edəndə ömrünün 23-cü ilini yaşayırdı. Uşaqlıqdan doğma Azərbaycana ürəkdən bağlanan Heydər adını onun yeni, şanlı tarixini yazanlardan oldu. Məhz öz qanı ilə xalqın 30 illik həsrətinə son qoyan Heydər kimi mərd oğullar heç vaxt unudulmaz, daimi qəlblərdə yaşayacaq. Gələn gənc nəsillər də zaman-zaman onların Vətən sevgisindən nümunə götürəcək.

Heydər Qənbərzadə orta məktəbi bitirib, eşqində, gözündə bir sehrli nur müstəqil həyatını başlayır. Tərbiyəsi, əməksevərliyi, savadı, ən əsası xalqın adət və ənənəsinə böyük ehtiramı el-obada hamı tərəfindən bəyənilir. Qanında Vətən sevgisi olan gənci erməni daşnaklarının Qarabağımıza təcavüzü hər bir qeyrətli oğul kimi hədsiz narahat edir. Ordu sıralarına yola düşəndə əsas amalı düşməndən qisas almaq olur.
Cəbhə bölgəsinə düşən, doğma Azərbaycanına şərəflə, həvəslə xidmət edən Heydər bir an belə tərəddüd etmədən onun uğrunda ölümə atılmağa hazır durur. Bu yanda da hərbi hissədə nümayiş etdiyi vətənpərvərlik nümunələri əsgərlərin qürurunu oxşayır. Cəsur, bacarıqlı əsgər hər dəfə təlimlərə fəal qatılır, yalnız Vətənlə var olduğunu göstərir. Beləcə, Heydər əsgərliyi üzüağ bitirib, həqiqi hərbi xidmət qulluqçusu olaraq çavuş rütbəsində xidməti davam edir. Və vaxtı gələndə işğal olunmuş müqəddəs Vətən torpaqlarının hərbi yolla azadlığı naminə döyüşlərdə ön sırada yer almağı, son nəfəsə qədər vuruşub ölməyi and içir.
İkinci Qarabağ müharibəsi başlanan günü xalqımıza qarşı törətdiyi vəhşiliklərə görə daşnaklara nifrət edən igid döyüşçü göz qırpmadan müharibə meydanına atılır. Haqq savaşımızda göstərdiyi qəhrəmanlığı ilə ordumuzun iftixar mənbəyinə çevrilən Heydər düşmənə qarşısı alınmaz bir kabus olur. Öldürdüyü erməni dığaları ilə bir daha Vətən onun gözündə müqəddəsləşir. 41 gün odun-alovun içində yağıya sarsıdıcı zərbələr endirir, onların arzusunu ürəyində qoyur. Füzuli və Hadrut döyüşlərində elə bir hünərə imza atır ki, yağı üzrə qələbəmizin çatdığı tam bilinir. Onun sonsuz Vətən sevgisi, yüksək döyüş məharəti Şuşanın azad edilməsi uğrunda gedən ağır müharibədə də nümunə olur. Heydər kimi, minlərlə qəhrəmanın tökdüyü qan zəfər sevincinə dönüb əzəli, əbədi yurd yerimiz Qarabağı 30 ildən sonra bizlərə qaytarır. Son nəfəsdə Heydər Qənbərzadə: “Vətən, arzuma çatdım” - deyib əbədiyyətə qovuşur.
Dövlət Vətən, torpaq uğrunda qəhrəmancasına şəhid olan Heydər Qənbərzadəni ölümündən sonra “Vətən uğrunda”, Füzulinin və Şuşanın azadlığına görə medallarına layiq görüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri