Icma.az
close
up
RU
Şuşa, Laçın, Hadrut və Xankəndini çörəklə təmin edən şəxs Vətənimə canım fəda

Şuşa, Laçın, Hadrut və Xankəndini çörəklə təmin edən şəxs Vətənimə canım fəda

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mən özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. İkinci Qarabağ müharibəsi zamanı jurnalist oğlum Bəxtiyar Məcidli də müharibəyə yollandı. Biz qələbəni saatbasaat gözləyirdik. Bilirdik, əmin idik ki, qələbə bizimlədir. O ərəfədə bizim çörək istehsalı üçün avadanlıqlarımız var idi. Həmin avadanlıqları biz Müdafiə Nazirliyinə təqdim etdik ki, tam təmənnasız verək orduya. Onlar da orada çörək bişirib, özlərini təmin etsinlər. Nazirlikdən bizə dedilər ki, əsgərlər həmin avadanlıqlarla işləyə bilməz, bəlkə siz özünüz orada zavod yaradıb, ordumuzu çörəklə təmin edəsiz?! Bu vəziyyətdən sonra biz noyabr ayının 15-də Şuşaya getdik, yeri müəyyənləşdirib, gəlib avadanlıqları apardıq. Noyabr ayının sonunda bizim çörək zavodu artıq hazır vəziyyətdə idi. İlk etapda 3 ay nəinki orduya, Şuşada olan hər kəsə çörəyi pulsuz paylamışıq. Hazırda Şuşadan başqa təkcə 3 bölgədə-Laçın, Hadrut, Xankəndində fəaliyyət göstəririk” Bunu Moderator.az-açıqlamasında Şuşada, Laçında, Hadrutda və hazırda Xankəndində çörək zavodlarının sahibi, “Azhun Holding” MMC-nin direktoru İftixar Əliyev deyib. O daha sonra əlavə edib:

“Müharibə yeni bitmişdi, erməni təxribatına yol vermək olmazdı. Ordumuz və daxili qoşunlarımız tərəfindən çox güclü patrul reydləri keçirilirdi. Biz də onlara köməklik edirdik. Çətin, dözülməz şərait idi. Noyabr-dekabr aylarında bilirsiz ki, Şuşada qar yağır. Qaz, su, işıq yox idi. Təkcə dizel vasitəsilə biz çörək istehsal edirdik. Davamlı olaraq işğaldan azad olunmuş ərazilərin digər rayonlarında Hadrut, Laçında çörək zavodları fəaliyyətə başladı. Orda da həmin qaydada Müdafiə Nazirliyini, ordumuzu, bütün dövlət qurumlarını çörəklə təmin edirdik. Xankəndi işğaldan azad olunandan sonra sağ olsun dövlətimiz bizə kömək etdi və Xankəndi çörək zavodunu müqavilə əsasında götürdük. Hal-hazırda Xankəndində çörək istehsalı ilə məşğuluq. Xankəndinin Sovet illərindən qalma ən böyük çörək zavodunu işlədirik. Bu zavodda yenidənqurma işləri aparmışıq. Zavod tam xarici istehsal avadanlıqları ilə təchiz olunub. Bütün dövlət qurumlarını, şirkətləri, ticarət şəbəkələrinin hamısını çörəklə təmin edirik. Sağ olsun dövlətimiz bizim üçün hər cür şərait yaradıb və böyük qürurla xalqımıza xidmət edirik. Vətənimə canım fəda! Sizin saytınız vasitəsilə torpaqlarımızı işğaldan azad edən ordumuza, xalqımıza, dövlətimizə öz minnətdarlığımı bildirirəm və onların hər birinin Zəfər gününü təbrik edirəm. Həmçinin torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm. Sağ olsun dövlətimiz bütün dünyada qara ləkəni üzərimizdən götürdü və biz artıq müstəqil dövlətdə yaşayırıq” deyə İftixar Əliyev deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri