Icma.az
close
up
RU
Vətənpərvərlik hissi: Gənclər necə inkişaf edir?

Vətənpərvərlik hissi: Gənclər necə inkişaf edir?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İSTİQAMƏT: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müasir dövrdə hər bir xalqın gələcəyi, dövlətin möhkəmliyi və milli dəyərlərinin qorunması birbaşa olaraq gənc nəslin necə yetişməsindən asılıdır.

Bu baxımdan gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi mühüm vəzifələrdən biridir. Azərbaycan xalqı əsrlər boyu zəngin mədəniyyətini, dilini, adət-ənənələrini qoruyaraq gələcək nəsillərə ötürüb. Bu mirasın davamlılığı isə gənclərin milli dəyərlərə bağlılığından keçir.

Milli mənlik şüurunun mahiyyəti

Milli mənlik şüuru insanın öz milli kimliyini dərk etməsi, doğma dilinə, tarixinə, mədəniyyətinə və ənənələrinə bağlılıq hissidir. Bu şüurun formalaşması gənclərə öz kimliyini tanımaq, milli köklərini qorumaq, dünya xalqları arasında öz yerini düzgün müəyyənləşdirmək imkanı verir. Milli mənlik şüuru olmayan gənclər asanlıqla yad təsirlərə məruz qalır, öz dəyərlərindən uzaq düşürlər. Ona görə də bu sahədə maarifləndirmə, təhsil və tərbiyə işləri mütəmadi aparılmalıdır. Bu istiqamətdə dövlət və vətəndaş cəmiyyəti tərəfindən mütəmadi olaraq iş aparılıb. Müxtəlif layihələr icra olunub, geniş tərkibli tədbirlər keçirilib.

Vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti

Vətənpərvərlik yalnız Vətəni sevmək deyil, eyni zamanda onu qorumaq, inkişafı üçün çalışmaq, milli maraqları uca tutmaq deməkdir. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış qəhrəmanlarımızın şücaəti gənclər üçün ən parlaq nümunədir. 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi fədakarlıq onların vətənpərvərlik hisslərinin necə yüksək səviyyədə olduğunu bir daha sübut etdi.

Müharibədən bir müddət sonra, 2021-ci ilin 20 mart tarixində Şuşada - Cıdır düzündə xalqa müraciət edən Prezidenti İlham Əliyev demişdi:

“Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər.

Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi".

Göründüyü kimi, gənclərin düzgün istiqamətləndirilməsi, vətənpərvər ruhda böyüməsi bir ölkə üçün nə qədər ciddi önəm daşıyır. Doğrudur, müəyyən sahələrdə gənclərin problemləri ola bilər, amma Azərbaycanın gəncinin milli mənlik şüurunun inkişafında, vətənpərvər olmasında heç bir problem yoxdur və bunu gənclər 44 günlük Vətən müharibəsində göstəriblər.

Gənclərdə milli şüur və vətənpərvərlik hisslərinin inkişaf yollarını bu cür xarakterizə etmək olar:

1. Təhsil sistemi – məktəblərdə və ali təhsil müəssisələrində milli tarix, ədəbiyyat və mədəniyyətin dərindən tədrisi gənclərin mənəvi dünyasını zənginləşdirir.

2. Ailə mühiti – ilk milli tərbiyə məhz ailədə başlayır. Valideynlərin övladlara doğma dilin, adət-ənənələrin və milli dəyərlərin aşılanması böyük əhəmiyyət kəsb edir.

3. Kütləvi informasiya vasitələri və sosial şəbəkələr – gənclərə milli ruhda proqramlar, filmlər və maarifləndirici layihələr təqdim edilməlidir.

4. İctimai və mədəni tədbirlər – dövlət və ictimai təşkilatlar tərəfindən keçirilən vətənpərvərlik mövzulu tədbirlər, yürüşlər, sərgilər gənclərin şüurunda dərin iz buraxır.

5. Qəhrəmanlıq nümunələri – xalqımızın tarixi şəxsiyyətləri, şəhidlərimizin həyat yolu gənc nəslə örnək göstərilməlidir.

Belə nəticəyə gəlmək olar ki, gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətçiliyin möhkəmlənməsində və milli həmrəyliyin güclənməsində əsas amildir. Bu istiqamətdə ailə, məktəb, cəmiyyət və dövlət birlikdə fəaliyyət göstərməlidir. Yalnız bu yolla biz milli kimliyini qoruyan, vətəninə sadiq, yüksək mənəviyyatlı gənc nəsil yetişdirə bilərik.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri