Icma.az
close
up
RU
“Veysəloğlu”nun “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu Yeni Gündəm

“Veysəloğlu”nun “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevral ayının 28-də Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Bakıdakı “Gülüstan” Sarayında özünün ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” adlı motivasiya yönümlü növbəti tədbirini keçirib. Tədbirə Şirkətlər Qrupunda rəhbər vəzifələrdə çalışan 450-dən artıq əməkdaş iştirak edib. Digər əməkdaşlara isə tədbiri xüsusi proqram vasitəsilə kənardan izləmək imkanı yaradılıb. Tədbirə tanınmış ssenarist və aktyor Azər Aydəmir və “Veysəloğlu”nun əməkdaşı Aysel Fərziyeva aparıcılıq ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni və Veysəloğlu Şirkətlər Qrupunun himninin səslənməsindən sonra, tədbir iştirakçıları “Qalib ölkənin uğurları – 2024” və “VŞQ-də uğurun izləri – 2024” adlı videoçarxları, eləcə də VŞQ-nin 30 illik yubileyə həsr olunmuş imic videosunu izləyiblər. Tədbir Veysəloğlu Qrupa daxil olan şirkətlərin rəhbərləri: Bəxtiyar Allahverdi, Natəvan İbrahimova, Rəşad İbrahimov və Məmmədqulu Süleymanlının iştirakı ilə keçirilən “2024 Uğurlarımız: Çıxardığımız Nəticələr və Gələcəyə Baxış” adlı panel müzakirələri ilə davam edib.

Baş tutan maraqlı müzakirədə şirkət rəhbərləri məsul olduqları sahələrdə il ərzində qazanılan uğurlardan və gələcək perspektivlərdən ətraflı bəhs ediblər, onlara ünvanlanan sualları cavablandırıblar. Fasilə zamanı tədbir iştirakçıları zalın müxtəlif yerlərində quraşdırılan Şirkətlər Qrupuna aid “Brandwall”ların önündə çəkdirdikləri fotolarla #GücümüzBirliyimizdədir2025 adlı həştəq ilə maraqlı paylaşımlar ediblər. Tədbir Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Şəhriyar İmanovun gözəl ifalarının sədaları altında şam yeməyi və Şirkətin dəyərləri ilə bağlı keçirilən intellektual oyunla davam edib.

Motivasiya tədbirinin ikinci hissəsi təsis olunan “Vəfa Zirvəsi” adlı nişanın əməkdaşlara təqdimatı ilə başlayıb. Əvvəlcə, ömürlərinin 10 və 15 ilini “Veysəloğlu”da keçirən əməkdaşlara bürünc və gümüşdən hazırlanmış, Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən nişanlar və diplomlar VŞQ-nin təsisçisi və Baş direktoru Aydın Talıbov tərəfindən şəxsən təqdim edilib və onların hər biri ilə xatirə fotosu çəkdirilib. Eyni zamanda VŞQ və əməkdaşın prototipinin ilk təqdimatı da məhz bu tədbirdə baş tutub. Sonra söz Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Aydın Talıbova verilib. Şirkət rəhbəri çıxışında “Veysəloğlu”nun keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edib.

Xüsusilə də, “Vəfa Zirvəsi” nişanının təsis edilməsi və onu əməkdaşlara şəxsən təqdim olunmasından zövq aldığını bildirib. Təsisçinin çıxışı yekunlaşandan sonra, o, əməkdaşların ünvanladığı sualları cavablandırıb. Aydın Talıbovun çıxışından sonra proqramda “İlin Nominasiyaları”nın mükafatlandırılması həyata keçirilib. Layihələr barədə VŞQ Baş İcraçı Direktorunun müşaviri, Qiymətləndirmə Komissiyasının sədri İlqar Nuri ətraflı məlumat verib. O, qeyd edib ki, Komissiyaya Şirkətlər Qrupunun əməkdaşları tərəfindən ümumilikdə 85 layihə təqdim edilib, onlardan yalnız 8-i favorit hesab olunub.

Komissiya sədri həmçinin bildirdi ki, onlara bu seçimi etmək çox çətin olub, çünki təqdim olunan layihələrin böyük əksəriyyəti məzmunu və faydalılığı ilə seçilib. “Təsisçidən Özləl Nominasiya” üzrə Şirkətdə çalışan qazi və veteranlara qayğı göstərən “Sizə Minnətdarıq” adlı layihə qalibi mükafatlandırıldı. Bu mükafatı layihə rəhbəri Eldəniz Seyidova Şirkətin təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova təqdim etdi. “İlin Ən Mənfəətli Şirkəti” nominasiyası üzrə qalib Aydın Talıbov tərəfindən “Veysəloğlu Distribusiya” elan olundu.

Sonra ömürlərinin 20 və 25 ildən artıq dönəmini “Veysəloğlu”ya həsr edən əməkdaşlara qızıl və platindən hazırlanmış “Vəfa Zirvəsi” nişanının növbəti təqdimatı keçirilib. Bu nişanlar da əməkdaşlara şəxsən Aydın Talıbov tərəfindən təqdim edilib. Bununla da tədbirdə iştirak edən 189 rəhbər şəxs “Vəfa Zirvəsi” nişanı ilə təltif edildi. Nişanla təltif olunmağı gözləyən 1000-dən artıq əməkdaşa isə bu təltifin mərhələli şəkildə veriləcəyi gözlənilir. “İlin Nominasiyaları”nın mükafatlandırılmasının davamı olaraq “İlin Şirkəti” də elan olunub.

Bu barədə ətraflı məlumat verən VŞQ-nin Maliyyə Direktoru Könül Kərimova çıxışında qeyd edib ki, sözügedən nominasiya üzrə qalibin seçilməsi biznes subyektlərinin göstəricilərinə uyğun rəqəmlərin ətraflı təhlilindən sonra baş tutub. Hamının maraqla gözlədiyi bu məlumatı tədbir iştirakçılarına şəxsən Aydın Talıbov açıqladı. Məlum oldu ki, builki “İlin Şirkəti” nominasiyasının qalibi “Oba” marketlər şəbəkəsi olub. Əməkdaşlar üçün böyük motivasiya ruhu verən bu tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri