Vəzifədən azad edilən məmur bu qədər sərvətə necə sahiblənib?
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Məlum olduğu kimi, Bəxtiyar Əsgərov ötən gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.
Newscenter-az "Unikal"-a istinadla işdən çıxarılan Bəxtiyar Əsgərovun əmlaklarının siyahısını təqdim edir:
- Nərimanov rayonunda yeni tikili binalarda 3 mənzil;
- Memar Əcəmi metrosunun yaxınlığındakı yeni tikili binalarda 3 mənzil;
- Oğuz şəhərində yerləşən "Tansu" şadlıq sarayı;
- Oğuzda yerləşən villa;
- Oğuzda obyektlər və mağazalar;
Qeyd edək ki, Bəxtiyar Əsgərova məxsus olan "Tansu" şadlıq sarayında 2019-cu ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq keçirilib. Şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb və fəaliyyəti məhdudlaşdırılıb. Həmin zaman rəsmi sənədlərdə şadlıq sarayının sahibi qismində Aydınov Azər Mehrab oğlu göstərilib. O, Bəxtiyar Əsgərovun bacanağıdır.
Xatırladaq ki, Bəxtiyar Əsgərov ötən gün azad edildiyi vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən təyin edilmişdi. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.
Bu mövzuda digər xəbərlər:Vəzifədən azad edilən eks müdafiə naziri saxlanılıb?
10 İyun 2025 17:39
Vəzifədən azad edilən generalın yerinə təyinat oldu
11 Mart 2025 13:14
Vəzifədən azad edilən Teymur Mehdiyev kimdir? DOSYE
01 Dekabr 2025 16:15
Vəzifədən azad edilən Ramiz Quliyev kimdir? FOTO
27 Dekabr 2025 16:03
Azərbaycanlı məmur vəzifədən GETDİ
05 Fevral 2026 10:47
Baxış sayı:140
Bu xəbər 30 Sentyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















