Vəzifəyə keçmək üçün xadiməyə pul verdi Azərbaycanda ŞOK DƏLƏDUZLUQ
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncədə ana və oğluna qarşı dələduzluq edilib.
Lent.az-ın məlumatına görə, Arifə Hüseynova (soyad şərtidir) İqtisad Universitetini bitirən oğlu Emili işə düzəltmək üçün yollar axtarıb. Bu barədə o, Gəncədəki xəstəxanalardan birinin xadiməsi olan iş yoldaşı 39 yaşlı Məsmə Abdullayeva (soyad şərtidir) ilə məsləhətləşib. Danışıq zamanı Məsmə 26 yaşlı Hülya vasitəsilə Emili şəhərdə Səhiyyə İdarəsinin mühasibi vəzifəsinə düzəldə biləcəyini deyib.
Bunun üçün Arifədən əvvəlcə 6000 manat pul alıblar. Sonra tərəflər Emili “Azərgold”a mühasib düzəldəcəklərini deyib, zərərçəkənlərin əlavə 3500 manatını da almaqla, ümumilikdə 9500 dələduzluq ediblər.
Ana və oğlunun hüquq-mühafizə orqanlarına müraciəti əsasında araşdırmalara başlanılıb və şübhəlilər barəsində Cinayət Məcəlləsinin 178.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Zərərçəkənlər ifadələrində bildiriblər ki, həmin pulları vermək üçün bankdan faizə pul götürüblər. Onlar məhkəmə istintaqı zamanı həmin kreditlərin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini, artıq Hülya və Məsməyə qarşı şikayətləri olmadıqlarını deyərək, cinayət işinə xitam verilməsini istəyiblər.
Gəncə şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işi xitam verilib və təqsirləndirilən şəxslər məsuliyyətdən azad olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Sentyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















