Icma.az
close
up
RU
“Vicdan şöhrətdən də ucadır” Puqaçovanın müsahibəsi haqda köşə

“Vicdan şöhrətdən də ucadır” Puqaçovanın müsahibəsi haqda köşə

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Emin Əfəndi, 

Çoxları mənim Rusiya ilə son zamanlardakı münasibətlərimdən xəbərdardır. Vəziyyət doğrudan da ruscadır, amma… Dünən üç saatdan artıq davam edən Yekaterina Qordeyevanın Alla Puqaçova ilə müsahibəsinə baxdım və anladım ki, dünyada iki Rusiya var. Birincisi haqda çox yazmışam, orada hər şey aydındır. İkincisi idə mənim sevdiyim Puqaçovanın təmsil etdiyi Rusiyadır.

Puqaçova mövzusu heç vaxt təkcə "Rusiya” anlayışı ilə məhdudlaşmayıb. Mənim üçün o, uşaqlıqdan bəri həm musiqi, həm də həyat fəlsəfəsi demək olub. İlk dəfə televizorda "Эй, вы там наверху” oxuduğunu görəndə, bağça yaşında bir uşaq kimi anlamasam da, hiss etmişdim ki, qarşımda başqa ölçüdə bir dünya dayanır. Elə o an müasirliyin nə olduğunu anladım.

İllər keçdi, və Puqaçova yaddaşımda həmişə müasir olaraq qaldı. O dəyişmədi, sadəcə zamanın içində özünü qoruyaraq hər dəfə yenidən doğuldu. Bu günlərdə isə Qordeyeva ilə müsahibəsini izləyəndə mənə elə gəldi ki, təkcə onun həyatına yox, öz həyatımın da gözümün qabağından keçdi. Söhbət o qədər açıq, o qədər təmiz idi ki, bəzi anlarda, xüsusilə də ölüm haqqında danışanda, mən də qəribə bir kövrəklik hissi yaşadım… Qəribə ifadədir. Əslində elə kövrəldim…

Bu müsahibə sadəcə sənətkarın cavabları deyil, bütöv bir filmdir. Həm də bizim də yaşadığımız həyatın filmi. Puqaçova burada həm güclü, həm də kövrək görünür. Onun səsindəki azadlıq iddiası ilə yanaşı, qorxularının səmimiyyəti də duyulur. Və bəlkə də elə buna görə, o, mənim üçün hər zaman bir simvol olaraq qalacaq. Çünki o, kimin nə deyəcəyindən, hansı damğa vurulacağından asılı olmayaraq öz mövqeyini qoruyan güclü bir qadındır.

Puqaçovanın Rusiya ilə bağlı son sözləri bəlkə də  "birinci Rusiyada” çoxlarının xoşuna gəlməz. Amma o, sadə bir həqiqəti dedi: "Vicdan şöhrətdən də, dəbdəbədən də ucadır.”  Bu cümlə bəzən saatlarla kitab oxumaqdan daha artıq təsir gücünə malikdir. Çünki burada söhbət nə musiqidən, nə kinodan, nə də dəbdən gedir. Puqaçova bütün Rusiyalar üçün bir vicdan məsələsidir.

Onu böyük edən sadəcə mahnıları deyil. Onu böyük edən hər zaman müasir qalmaq, zamanın ruhunu hiss etmək və ən əsası vicdanını itirməməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Sentyabr 2025 02:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri