Icma.az
close
up
RU
“Mühakimə” vicdan sorğusu...

“Mühakimə” vicdan sorğusu...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İndi gəldiyim bu ünvan bəlkə də bir vaxt kiminsə yaşadığı mənzil olub. Qalın divarları, hündür pəncərə və qapıları yaşlı binanın  uzun bir dövrə şahidlik etdiyindən xəbər verir. Divarlar sökülüb tokülsə də, parket döşəmə keçmiş gözəlliyindən hələ də nəsə qoruyub saxlayır. İşçiliyi sənətkarın keyfiyyətə və qalıcılığa önəm verdiyini yada salan xonçalı parket döşəmə divar boyunca cevrələnən müasir studiya ovqatını yaradan aydınladıcı işıqlar altında parıldayır. Hələ ki vaxta var. Mən isə içində olduğum binanı düşünürəm.

Bir vaxtlar Aşurbəyovlar malikanəsi Bakının mərkəzi məhəllərindən birini öz ehtişamı ilə bəzəyirdi. Bu o zaman idi ki, Teymur bəy Aşurbəyov oğlu Bala bəyə toy etməyə hazırlaşırdı və toy hədiyyəsi də gənclərin səadətini taclandıran bir malikanə olmalı idi. Teymur bəy malikanənin layihəsini Bakının o zamankı baş memarı İosiv Qoslavskiyə havələ edir. Taleyin işinə bax ki, bu malikanə memarın son işi kimi də tarixə düşür.

1904-cü ildə tikilən malikanə mart qırğınları, Cümhuriyyət, inqilabdan sonra Şura höküməti  və yenidən müstəqillik dövrünü yaşamış 122 yaşlı tarixi bir binadır. Malikanə sahiblərinin həzin aqibəti zamanın girdabına düşənlərin taleyi kimi ağrılıdır. Amma bina yaşayır,hələ də keçmişin dipdiri şahidi kimi ayaqdadır...

***

Təqribən 5-6 dəqiqədən sonra içəri otaqda yaradıcı laboratoriyanın mühakiməsini izləyəcəm. Böyük teatr səhnəsində deyil, ənənəvinin əksinə yaradıcı studiya, emalatxana və ya laboratoriya, nə deyirsinizsə deyin, əsas peşəkar quruluş və tamaşaçı ilə burun-buruna aktyor oyununun real enerjisini hiss etməkdi. Budur, qırmızı işıqla yarımqaranlıq bir otaqda bir masa və ətrafında səkkiz stul var. Deməli, mühakimə burda elə lap gözümüzün qabağında, əlimiz çatacaq qədər yaxın bir məsafədə keçəcək… Gözləyək…

Burda pərdə yoxdur, xaosla dolu bir söhbət var... Masa arxasında iki nəfər bir tərəfdə, ikisi yuxarı başda qızğın söhbət edirlər. Tamaşaçı özünü söhbətin içində tapır. Səs-küy,bərkdən danışanların yaratdığı situasiya nəhayət “səsinizi kəsin”nidası ilə sükuta bürünür. Və mühakimə başlanır.

Nəyin mühakiməsidir bu? Haqq ilə haqsızlığın, cinayət və cəzanın, yoxsa vicdanın? Məncə tamaşa boyu aranan vicdanın özü idi...

“12 qəzəbli adam” motivləri əsasında İlqar Aydının qələmə aldığı pyes “Mühakimə”adlanır. Tamaşanın quruluşçu rejissoru  isə Məhəmməd Məmmədovdur.

Qatil kimi məhkəməyə çıxarılacaq 18 yaşlı gəncin günahkar olması və ya edamı kimin işinə yarayacaqdı? Onu günahlandıran heç nəyi dəqiq görmədiyi halda gördüyünü iddia edən şahidlərinmi, haqqını müdafiə etməli olub, ağzını bir dəfə açmayan vəkilinmi, faktların yoxlanmasına ehtiyac duymadan qərar çıxarmağa tələsənlərinmi, kölgələrlə yaşayan doğmasınınmı?

Yeddi nəfərin içərisində həqiqətin gizləndiyini görən, gəncin məsumluğuna inanan tək bir nəfər var... Və nə qədər böyük cəsarət, inandırmaq qabiliyyəti gərəkdir ki, ədalətin lehinə qərar verəcək insanların fikrini dəyişəsən...

Analitik psixologiyanın banisi Karı Yunq hesab edirdi ki, cinayət ruhun parçalanmasıdır, cəza isə onun yenidən bütövləşməsi üçün zəruri prosesdir. Cəza xaricdən gələn bir akt deyil, vicdanın (ruhun) özünü bərpa etmə cəhdidir.

Yunqa görə, hər bir insanın daxilində cəmiyyət tərəfindən qəbul edilməyən, qaranlıq tərəflər var. Bəs bu tərəflər tamaşada necə açılırdı?

Mühakimə ağır keçdi. Gündəlik, məişət səviyyəsinə enib, ordan çıxan nəticələrin qatilin hərəkət dinamikasına transformasiya etdiyi müqayisələrdən tutmuş,  münsiflərin qərarına təzyiq edəcək vasitələrin gətirdiyi  kuliminasiyaya qədər...

Atalığın qətlində ittiham edilən gəncin cəza alamasını tələb edən bəlkə elə qətlin əsas törədicisidir?

Karl Yunq əsl cinayətkarın özünü gizlədərək günahı övladına və ya başqasına şamil etməsini bir neçə psixoloji mexanizm ilə izah edir:

Cinayətkar cəmiyyət üçün ideal bir persona (sosial maska) yaradır. Öz qaranlıq tərəfini bu maska altında gizlədir. Günahı övladına şamil etməklə o, öz personasını təmiz saxlamağa və daxili dağıntını başqasının hesabına kompensasiya etməyə çalışır.

Yunqun ən əsas izahlarından biri proyeksiyadır. İnsan öz daxilindəki qaranlığı, yəni kölgəsini qəbul edə bilmədikdə, onu xaricə - çox vaxt ən yaxınındakı insana, yəni övladına "proyeksiya" edir. Qatil öz cinayətinin ağırlığını daşıya bilmədiyi üçün bu qaranlıq enerjini övladına ötürür və sanki günahkar o imiş kimi davranır.

Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının eksperimenti – “Mühakimə” uğurla başa çatdı... Hərəkət və dinamika səhnə olmadan da səhnə yaratmağın mümkünlüyünü  nümayiş etdirdi... Ən əsası isə, aktyorların pafos və sünilikdən uzaq auditoriya daxilində sərbəst oyunçuluq və ustalıq məharətləri tamaşaçını ələ almağı bacardı.

Laboratoriya yeni eksperimentlərinə davam edəcək,yaşayacaq və uğurlu tamaşaları ilə özündən hələ çox söz etdirəcək...

Təranə  Bakirqızı,
tədqiqatçı jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri