Icma.az
close
up
RU
Viktor Kipiani: Orta Dəhliz regional logistikanın fundamental komponentinə çevriləcək

Viktor Kipiani: Orta Dəhliz regional logistikanın fundamental komponentinə çevriləcək

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Tammiqyaslı reallaşdırılacağı təqdirdə Orta Dəhliz bütün nəqliyyat axınlarını kifayət qədər ötürücülük qabiliyyəti ilə qəbul edə biləcək. Layihənin tam həcmdə tətbiqi onun regional logistikanın fundamental komponentinə çevrilməsinə imkan verəcək.

Bu barədə gürcü eksperti və “Geocase” analitik mərkəzinin rəhbəri Viktor Kipiani AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının ilk buraxılışında Zəngəzur dəhlizinin Gürcüstan tranzit marşrutunu tamamlamaq potensialını qiymətləndirərkən bildirib.

Buraxılış qlobal proseslərin Azərbaycana təsiri, Cənubi Qafqazdakı əsas geosiyasi və iqtisadi tendensiyalar, o cümlədən nəqliyyat və logistika marşrutları, ABŞ və Çinin regiondakı rolu, Azərbaycan-Gürcüstan əməkdaşlığının perspektivləri kimi mövzulara həsr olunub.

Gürcüstanda alternativ marşrutların inkişaf etdirilməsinin ölkənin rəqabət qabiliyyətinə təsiri ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyən ekspert qeyd edib ki, belə bir yanaşmaya təhlükə deyil, stimul kimi baxılmalıdır. “Bu, bizim üçün bir növ ev tapşırığıdır, yəni, Gürcüstanı öz rəqabət qabiliyyətini artırmağa sövq edən əlavə bir təkandır. Bu çağırış zəiflətmək deyil, əksinə potensialımızı və kapitalımızı gücləndirmək iqtidarındadır”, - deyə o bildirib.

V.Kipianinin sözlərinə görə, Gürcüstanın əhəmiyyəti təkcə coğrafi mövqeyi ilə deyil, həm də Qara dənizə açılan qapı qismində rolu ilə müəyyən edilir. Müsahibimiz aparıcı Tamilla Məmmədova ilə söhbətində vurğulayıb: “Sahilyanı ərazimiz Gürcüstana xüsusi mövqe qazandıran strateji bir resursdur”.

O əlavə edib ki, yeni marşrutlara rəqabət və ya qısqanclıq mövqeyindən baxmamaq lazımdır. “Əksinə, biz onları bütün regionun tranzit potensialını gücləndirən ümumi müsbət dinamika kimi görməliyik. Bu medalın müsbət tərəfi açıq-aşkar göz qabağındadır. Qeyd etdiyim üç aspekt də bunun birbaşa təsdiqidir”, - deyə Gürcüstan analitik mərkəzinin rəhbəri sözlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri