Icma.az
close
up
RU
“Viktor Qonçarenko “Neftçi” üçün çox yaxşı variantdır” Dmitri Kramarenkonun ə MÜSAHİBƏSİ

“Viktor Qonçarenko “Neftçi” üçün çox yaxşı variantdır” Dmitri Kramarenkonun ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Belarusiyalı məşqçi Viktor Qonçarenko “Neftçi” klubu üçün çox yaxşı seçimdir.

Bu fikri İdman.Biz-lə söhbətində hazırda Moskva MOİK klubunun qapıçılar üzrə məşqçisi, Azərbaycan millisində də eyni vəzifədə çalışmış və keçmişdə “Neftçi”də həm futbolçu, həm də məşqçi kimi çıxış etmiş Dmitri Kramarenko bildirib.

Kramarenko 2021-ci ildə Moskva klubunda işə başlayıb. Həmin vaxt MOİK-ə rəhbərlik edən şəxs Rusiya mətbuatının məlumatına görə “Neftçi”nin baş məşqçi postuna əsas namizədlərdən biri olan Viktor Qonçarenko idi.

“Viktor Mixayloviç çox yaxşı və tələbkar mütəxəssisdir, işini əla bilir. Onun fəlsəfəsi müasir kombinasiyalı futboldur. Məşqçinin işləyəcəyi material - komandanın potensialı - çox vacibdir. Əgər onun dəvəti baş tutsa və rəhbərlik onun bütün şərtlərini yerinə yetirsə, eləcə də ona vaxt versə, nəticə mütləq olacaq”, - deyə Kramarenko bildirib.

Onun fikrincə, Viktor Qonçarenkonun Azərbaycan futboluna tez uyğunlaşması çətin olmayacaq.

“Son illərdə rusiyalı mütəxəssislər Murad Musayev və Vasili Berezutski çempionatımızda yaxşı təsir bağışlayıblar. Buna görə də mentalitet baxımından burada hər şey uyğun gəlməlidir. Düşünürəm ki, adaptasiya çox tez keçəcək. Odur ki, Viktor Qonçarenkonun ‘Neftçi’ üçün çox yaxşı variant olduğunu hesab edirəm”, - Kramarenko vurğulayıb.

Moskva MOİK-nin qapıçılar üzrə məşqçisi həmçinin ümumilikdə “Neftçi” klubundakı vəziyyətə də münasibət bildirib.

“Son on ildə, yəqin ki, mənim orada çalışdığım vaxtlardan etibarən - “Neftçi”də həm yerli, həm də legioner - çoxlu sayda məşqçi dəyişib. Hesab edirəm ki, komandada klub prezidenti ilə baş məşqçi arasında sintez olmalıdır. Rəhbərlik tərəfindən dəqiq tapşırıqlar, peşəkar məşqçilər korpusu və keyfiyyətli futbolçuların alınması üçün uyğun maliyyə imkanları olmalıdır.

Həmçinin vacibdir ki, klubda hər mövqedə öz işinin peşəkarları çalışsın. “Neftçi”yə belə balans əldə etməyi arzulayıram, onda nəticə də olacaq”, - Kramarenko əlavə edib.

Teymur Tuşiyev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri