Vilayətinin Zəngəzur ritorikası: Biz yol veririk, onlar isə... Politoloq
Icma.az bildirir, Axar.az portalına istinadən.
İranın bəzi siyasətçiləri yenidən “qırmızı xətlər”dən danışmağa başlayıb. NATO-nun Zəngəzur dəhlizinə münasibəti ilə bağlı da müxtəlif versiyalar irəli sürülür. Guya bu dəhliz vasitəsilə NATO regiona müdaxilə edə bilər. Amma NATO üçün Zəngəzur dəhlizi vacib deyil. NATO istəsə, Ermənistanın ortasından da keçər. Alternativ marşrutlar yetərincədir. Bunların əsas narahatlığı Azərbaycanın öz ərazisi olan Naxçıvanla birləşməsidir. Onlar həmin əlaqəni hər fürsətdə pozmağa çalışırlar.
Bu fikirləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İranın dini liderinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizinə yönəlik ardıcıl açıqlamalarını şərh edərkən deyib.
“Onun sözlərini nə siyasi, nə diplomatik, nə də geosiyasi cəhətdən əsaslandırılmış fikir hesab edirəm. Bunların hamısını saxta, Azərbaycana qarşı yönəlmiş iddialar sayıram. İranda bir qrupun Azərbaycana olan kini bitmək bilmir. Biz onlara böyük perspektiv açmışıq – ərazimizdən yol veririk, dəmir yolu veririk, amma onlar Azərbaycana qarşı tarixi ədalətsiz mövqelərini dəyişmək istəmirlər”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 29 İyul 2025 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















