Icma.az
close
up
RU
Vild Donald Gerye: “Azərbaycan millisi qələbə qazanmaq istəyirsə, çox çalışmalı olacaq” MÜSAHİBƏ

Vild Donald Gerye: “Azərbaycan millisi qələbə qazanmaq istəyirsə, çox çalışmalı olacaq” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununu bu gün Haiti yığmasına qarşı keçirəcək. Müxtəlif illərdə azsaylı haitili futbolçu Azərbaycan Premyer Liqasında çıxış edib. Onların içində ən tanınmışı və uğurlusu, şübhəsiz ki, Vild-Donald Geryedir. Ölkəmizdə daha çox “Qarabağ”ın heyətindəki yüksək səviyyəli çıxışı ilə yadda qalan 35 yaşlı müdafiəçi, həmçinin “Neftçi” və “Zirə”nin də formasını geyinib.

Gerye Haiti millisinin heyətində 59 oyun keçirib, 10 qola imza atıb. 2023-cü ildən bəri yığmaya çağırılmayan sol cinah oyunçusu AFFA-nın mətbuat xidmətinə müsahibəsində qarşıdakı yoldaşlıq görüşü barədə fikirlərini bildirib. O, Azərbaycanda keçirdiyi illəri də yada salıb.

- Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq oyunu barədə nə deyə bilərsiniz?

- Çox sevinirəm ki, millimiz mənə doğma olan Azərbaycan kollektivi ilə qarşılaşacaq. Bizim çox yaxşı futbolçularımız var. İndiki məqamda demək olmaz ki, hansı komanda güclü, hansı zəifdir. Maraqlı oyun alınacağına şübhə etmirəm. Matçın hansı axarda keçəcəyini, necə nəticələnəcəyini təxmin etmək çətindir. Azərbaycan millisi qələbə qazanmaq istəyirsə, çox çalışmalı olacaq. Çünki Haiti yığması heç də zəif deyil. Hər iki komandaya uğurlar arzulayıram. Onların ifasında maraqlı oyun izləmək istəyirəm. İnanıram ki, azarkeşlər həmin matçdan zövq alacaqlar. O ki qaldı hansı komandaya azarkeşlik edəcəyimə, hər iki komandanı dəstəkləyəcəyəm. Çünki Haiti də, Azərbaycan da mənim evimdir. Kim qalib gəlsə, onun da uğuruna sevinəcəyəm.

- Hər iki komanda DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Bu oyun həm Azərbaycan, həm də Haiti millisinə nə dərəcədə fayda verəcək?

- Fikrimcə, bu qarşılaşmanın Azərbaycan və Haiti yığmalarına faydası böyük olacaq. Qarşıdakı rəsmi oyunlara – dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından komandalar uğurlu rəqib seçiblər.

- Azərbaycanda “Qarabağ”, “Neftçi” və “Zirə”də çıxış etmisiniz. Haiti millisinin heyətində Azərbaycana qarşı oynamaq şansınız olmadığı üçün təəssüflənmirsiniz?

- Buna görə çox təəssüflənirəm. Hətta deyərdim ki, indi millidə olmadığım üçün peşmanam. Yığmada olduğum vaxtlarda Azərbaycana qarşı oynamaq şansım yaranmamışdı. Bu komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi üçün vaxtilə cəhdlər etmişəm. Ancaq bu, çox çətin prosesdir. Qarşıdakı matçda da iştirak edə bilməyəcəyim üçün məyusam.

- Oyunu izləmək üçün Azərbaycana gəlməyi planlaşdırmırsınız?

- Təəssüf ki, həmin görüşü Azərbaycanda izləyə bilməyəcəyəm. Buna görə məyusam. Matçı stadiondan izləyənlər arasında olmağı çox istərdim. Şərhçi və ya qonaq qismində ora gəlmək gözəl olardı. Çünki Azərbaycana qayıtmaq mənim arzularımdan biridir. “Qarabağ” klubu inkişafımda böyük rol oynayıb. Həmçinin “Neftçi” və “Zirə”yə, onların azarkeşlərinə də təşəkkürümü bildirirəm. Azərbaycanda bir dəfə ilin ən yaxşı əcnəbi futbolçusu seçilmişəm. Karyeramın ən gözəl anlarını “Qarabağ”da yaşamışam. Orada qazandığımız uğurlar möhtəşəm idi. Futbolçu kimi böyüməyimdə töhfəsi olan Qurban Qurbanova da buradan salamımı göndərirəm. Azərbaycana fərqli mentalitetdən gəlmişdim, xasiyyətimdə də bəzi nöqsanlar var idi. Bu səbəbdən Qurban müəllim ora uyğunlaşmağım üçün mənə güzəştlər etdi. Onun tələbkarlığı həyatımda çox şeyi dəyişdi. Bir neçə dəfə intizamsızlıq etsəm də, baş məşqçi məni bağışlamışdı. Qurban Qurbanov bizə ata kimi idi. Səhvlərimə göz yumurdu, mənə çox dəstək olurdu.

- Azərbaycana gələn ilk haitili futbolçulardan birisiniz. Ölkəmizlə bağlı xatirələriniz necədir?

- Azərbaycanda gözəl günlər keçirdim, çox xoşbəxt idim. Orada olduğum illər ərzində heç vaxt nə bir təhlükə, nə də irqçiliklə rastlaşdım. Bu oyunda da feyr-pleyə yüksək səviyyədə əməl olunacağına əminəm. Çünki Azərbaycan xalqından, oradakı azarkeşlərdən daim sevgi, xoş münasibət görmüşəm. Məni darıxmağa qoymurdular. Onların bu rəftarını heç vaxt unutmaram. Azərbaycan daim mənim qəlbimdədir. Əminəm ki, Azərbaycan xalqı, futbol azarkeşləri və yerli federasiya bizim futbolçuları yaxşı şəkildə qarşılayacaqlar. Bu, əsl dostluq oyunu olacaq. Azərbaycan barədə ancaq xoş sözlər deyə bilərəm. Övladım orada dünyaya göz açıb, qonaqpərvər və müasir ölkədir. Azərbaycanda beynəlxalq oyunlar zamanı meydanda və ondan kənarda xoşagəlməz hadisələr yaşanmır. Bu dəfə də neqativ heç nə olmayacaq. Hətta indidən deyə bilərəm ki, haitili futbolçular orada özlərini öz evlərindəki kimi hiss edəcəklər. Bunu onların özlərinə də demişəm. Gözəl ölkəyə gedəcəkləri barədə futbolçularımızı məlumatlandırmışam.

- Haiti millisi 2023-cü ilin oktyabrından bəri məğlub olmayıb. Komandanızın yüksəlişdə olması millimizin işini çətinləşdirə bilər?

- Razıyam ki, Haiti millisi hazırda yaxşı formadadır. Ancaq düşünürəm ki, daha yaxşı ola bilərlər. Çünki potensialları bundan da uğurlu nəticələr əldə etməyə imkan verir. Uzun müddətdir müsbət nəticələr qazanırlar, yüksəlişdədirlər. Oyun zamanı bunu özünüz də görəcəksiniz. Əlbəttə ki, Azərbaycan millisi də mübarizə aparacaq, asanlıqla təslim olmayacaq.

- Azərbaycan millisinin baş məşqçisi tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşdur. Sizcə, o, millimizə uğur qazandıra bilər?

- Fernandu Santuşu çox gözəl tanıyıram. O, dünya futbolunda sözünü demiş mütəxəssislərdəndir, uğurlu fəaliyyətini uzun illərdir həsədlə izləyirik. Onun Azərbaycan millisinə də xeyir verəcəyinə şübhə etmirəm. Sadəcə, bunun üçün zamana ehtiyac var.

- Haiti yığmasının heyətində hansı futbolçuları millimiz üçün daha təhlükəli hesab edirsiniz?

- Haiti millisi Frontdi Pyero kimi təhlükəli hücumçuya sahibdir. Düşünürəm ki, komandanız ona qarşı diqqətli olmalıdırlar. O, yüksək səviyyəli futbolçudur, millinin aparıcı üzvlərindən biridir. AEK klubunun heyətində Yunanıstanda çox yaxşı çıxış edir. Həmçinin Rikardo Ade də çox təcrübəli oyunçudur. O isə Ekvador çempionatındakı çıxışı ilə diqqət çəkir. Fiziki cəhətdən çox güclüdür. Onu bu göstəricilərinə görə “Qarabağ”dakı Kevin Medina ilə müqayisə edə bilərəm. Adeni hətta bir neçə il əvvəl “Qarabağ”a məsləhət görmüşdüm. Orta sahədə yer alan Denli Jan-Jakın da adını çəkə bilərəm. Gənc və istedadlı futbolçudur, yarımmüdafiə xəttində önəmli işlər görür. Bir sözlə, Haitinin heyətində çox yaxşı futbolçular var. Gənclər və təcrübəlilərdən ibarət möhkəm kollektiv formalaşıb. Azərbaycanlı futbol azarkeşləri də bunun canlı şahidi olacaqlar. Bəlkə də, bəziləri millimizin potensialının aşağı olduğunu düşünür. Ancaq Haiti yığmasının nəyə qadir olduğunu özünüz görəcəksiniz. Təbi ki, Azərbaycan millisi də keyfiyyətli, rəqibə problemlər yaradacaq futbolçulara sahibdir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Mart 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri