Icma.az
close
up
RU
Vilnüsdə yük təyyarəsi yaşayış binasının üzərinə düşüb

Vilnüsdə yük təyyarəsi yaşayış binasının üzərinə düşüb

Vilnüsdə yük təyyarəsi yaşayış binasının üzərinə düşüb.

Təyyarə səhər saat 5:30 radələrində Litvanın paytaxtında ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. Hadisə şahidlərinin sözlərinə görə, təyyarə DHL şirkətinə məxsus olub. Yerli mətbuatın məlumatına görə, təyyarədə 4 nəfər - 2 pilot və iki işçi olub.

İlkin məlumata görə, evdə yaşayanlar xəsarət almayıb. Eyni zamanda, dörd ekipaj üzvündən üçü də xəsarət almayıb. Onlardan yalnız biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

seeBaxış sayı:21
embedMənbə:https://www.xalqcebhesi.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri