Vilnüsdə yük təyyarəsi yaşayış binasının üzərinə düşüb
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Xəsarət alan iki bina sakinindən biri ölüb
Litvanın paytaxtı Vilnüsdə yük təyyarəsi hava limanı yaxınlığındakı yaşayış binasının üzərinə düşüb. AYNA Avropa mediasına istinadən bildirir ki, təyyarə Litva vaxtı ilə səhər saat 5:30 radələrində Zirnu və Lepkalnio küçələrinin kəsişməsində qəzaya uğrayıb.
Rəsmilər bildiriblər ki, pilot təyyarədən çıxarılaraq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Eyni zamanda, Yanğından Mühafizə və Xilasetmə İdarəsinin (PAQD) nümayəndəsi LRT radiosuna bildirib ki, hadisə nəticəsində bina sakinlərindən iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
“İkimərtəbəli yaşayış binası yanır”, məlumatda qeyd edilib.
İlkin məlumatlara görə, yük təyyarəsi Almaniyanın Leypsiq şəhərindən uçurmuş və Vilnüsdə eniş edərkən yaşayış binasına çırpılıb.
Baxış sayı:122
Bu xəbər 25 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















