Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Virtual Azərbaycan ideyası: Dünya azərbaycanlıları necə daha sıx birləşə bilər?

Virtual Azərbaycan ideyası: Dünya azərbaycanlıları necə daha sıx birləşə bilər?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

(Yazı “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə hazırlanıb)

Bu gün sosial şəbəkələrdə və internet resurslarında dünya azərbaycanlılarının həmrəyliyinin arzuolunan səviyyədə olmadığını müşahidə etmək mümkündür. Soydaşlarımızın birliyi daha çox xüsusi günlərdə, xüsusilə milli bayramlarda və əlamətdar tarixlərdə özünü göstərir. Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il və digər xüsusi günlərdə virtual aləmdə soydaşlarımızın birliyinin və qarşılıqlı təbriklərinin şahidi oluruq.

Bəs dünya azərbaycanlılarının həmrəyliyini təkcə bayram və xüsusi günlərlə məhdudlaşdırmadan, gündəlik həyatın və ümumi fəaliyyətin bir hissəsinə çevirmək mümkündürmü?

Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında dünya azərbaycanlılarının birliyinin daha da gücləndirilməsi istiqamətində sistemli iş aparılmasına ehtiyac olduğunu bildirib:

"Dünyada yeni proseslər gedir. Real dövlətlərlə yanaşı, virtual dövlətlər və ölkələr də formalaşmaqdadır. Təəssüf ki, biz bu prosesdə müəyyən mənada gecikirik. Vaxtilə mən “Virtual Azərbaycan” ideyasını ortaya atmışdım. “Virtual Qarabağ” portalı yaradıldı, amma “Virtual Azərbaycan” ideyası sanki unuduldu. İnanıram ki, gələcəkdə virtual və real aləmdə qazandığımız uğurların elektron platformalarda daha geniş şəkildə əksini görəcəyik”.

Aydın Xan Əbilov vurğulayıb ki, dünyada yaşayan azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir:

"Azərbaycan Respublikasının özündə 10 milyondan çox insan yaşayır. Dünyada olan soydaşlarımızın sayı 50-60 milyondur. Türk dünyasında 300-400 milyona yaxın insan yaşayır. Türk dünyası olduqca geniş coğrafiyanı və böyük insan resurslarını əhatə edir. Belə bir şəraitdə biz nəinki bayramlarda, hər gün birləşməyi bacarmalıyıq. Qarabağ müharibəsi zamanı baş verən hadisələrlə bağlı məlumatlar Azərbaycan ictimaiyyətinə və dünya azərbaycanlılarına operativ şəkildə çatdırılırdı. Bu təcrübədən istifadə etməklə Prezidentin səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, eləcə də dövlətimizin həyata keçirdiyi mühüm layihələr sosial mediada və internet resurslarında daha geniş şəkildə işıqlandırılmalıdır. Dövlətimizin uğurları dünya azərbaycanlılarını birləşdirən əsas amillərdən birinə çevrilməlidir”.

Aydın Xan Əbilovun sözlərinə görə, azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarını birləşdirə biləcək əsas ideoloji platformalardan biridir:

"Bu ideologiyanın həm milli, həm ictimai, həm də sosial-mədəni tərəfləri var. Azərbaycançılıq ideologiyasını genişləndirməklə Azərbaycanı dünyada daha yaxşı tanıda bilərik. Eyni zamanda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı bu ideya ətrafında birləşdirməyi bacarmalıyıq”.

Ekspert bildirib ki, dünyanın bir çox ölkələrində yaşayan xalqlar öz soydaşlarını vahid platforma ətrafında birləşdirməyə çalışırlar:

"Onlar bunun üçün müxtəlif siyasi, ictimai və virtual platformalardan istifadə edirlər. Ən azı virtual məkanda bir araya gəlmək və ortaq informasiya məkanını formalaşdırmaq mümkündür. Bu baxımdan bizim imkanlarımız da kifayət qədər genişdir. Bizi ortaq dil, mədəniyyət, mental dəyərlər, tarixi yaddaş və digər ümumi amillər birləşdirir. Amma ideoloji və dövlətçilik baxımından sağlam və davamlı virtual platformaya ehtiyac var. Bu platformanın əsasını isə azərbaycançılıq ideologiyası və “Virtual Azərbaycan” konsepsiyası təşkil edə bilər”.

Kulturoloq hesab edir ki, “Virtual Azərbaycan” konsepsiyasının inkişaf etdirilməsi tarixi-coğrafi məkanımızla bağlı məlumatların, xəritələrin, mədəni irsin və tarixi yaddaşın vahid rəqəmsal platformada toplanmasına imkan yarada bilər:

“Biz tarixi-coğrafi məkanımızla bağlı məlumatları, Borçalı, Dərbənd, Anadolu və Cənubi Azərbaycanla bağlı tarixi və mədəni irsi virtual formatda daha geniş təqdim edə bilərik. Virtual məkan bizə sərhədlərdən asılı olmadan ortaq tarixi yaddaşı və mədəni dəyərləri nümayiş etdirmək imkanı verir. Bu baxımdan dünya azərbaycanlılarının həmrəyliyi son dərəcə vacibdir. Çünki rəqəmsal məkanda nə qədər çox və keyfiyyətli mənbə yaradılsa, Azərbaycanla bağlı məlumatların internetdə və süni intellekt sistemlərində daha geniş təmsil olunması üçün bir o qədər imkan yaranar”.

Aydın Xan Əbilov hesab edir ki, azərbaycanlılar azərbaycançılıq ideologiyası və ümumi həmrəylik ətrafında birləşərək rəqəmsal resursların inkişafına da töhfə verə bilərlər:

“Azərbaycanlılar vahid məfkurə - azərbaycançılıq ideologiyası və toplumun həmrəyliyi ətrafında birləşərək həm süni intellekt sistemləri üçün etibarlı ilkin mənbələrin, həm də internet resurslarının genişləndirilməsinə və zənginləşdirilməsinə töhfə verə bilərlər. Bunun üçün kifayət qədər imkanlarımız və internet resurslarımız var”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Sentyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri