Icma.az
close
up
RU
Virtual münasibətlərlə bağlı SOS verildi ... 250 min insan

Virtual münasibətlərlə bağlı SOS verildi ... 250 min insan

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə 250 min insanın süni intellektlə eşq yaşadığı bəlli olub. Əksəriyyət proqramlaşdırılmış rəqəmsal tərəfdaşlara mesaj yazır, söhbət edir, emosional bağlar yaradırlar. Azərbaycanda bununla bağlı statistika açıqlanmasa da, oxşar vəziyyətin bizdə də müşahidə edildiyi bildirilir. Qeyd olunur ki, son zamanlar xüsusilə gənclər insanlarla ünsiyyətdənsə, süni intellekt vasitələrindən istifadəyə üstünlük verirlər.

Bu hal ölkəmiz üçün hansı sosial risklər daşıyır?

Globalinfo.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, texnologiyalarla aparılan iş yaxşı effekt vermir:

“Son hesablamalara görə, internet vasitəsilə bilik və bacarıqların əldə edilməsi dünya üzrə maksimum 4 faiz təşkil edir. 96 faiz isə lazımsız, zərərli məsələləri əhatə edir. Artıq insanlar mənəvi, təbii fitrətindən çıxarılır. Süni intellektin inkişafı vəziyyəti daha da ağırlaşdırır. İnsanlar virtual həyata keçid edirlər. Bu da müsbət bir şey vəd etmir. İnsan beyninin kompüterə köçürülməsi, ünsiyyət qabiliyyətlərinin tamamilə itirilməsinin şahidi oluruq”.

Elçin Bayramlı

Sosioloq qeyd edib ki, virtual məkanda nəzarət sıfır dərəcəsindədir:

“Hədsiz zərərli materiallar, təhlükəli imkanlar var. Uşaqlar və yeniyetmələr sanki zombiləşib. Bu, təhlükəli prosesdir.  Ölkələrdə normal idarəetmə sistemi qurulsaydı, texnologiyanın ancaq müsbət tərəfləri təklif olunardı. Amma kapitalizm sistemi gəlir olan sahələrdə sərbəst şəraitin yaradılmasını tələb edir.  Təkcə Türkiyədə deyil, bir çox ölkələrdə insanların süni intellekt vasitələri ilə “münasibətləri” gündəmdədir. Xüsusilə inkişaf etmiş dövlətlərdə buna rast gəlinir. Bununla bağlı araşdırmalar aparılır, mənfi nəticələri ortaya qoyulur. Bu gün internetdə mövcud olan informasiyaların 90 faizinin saxta, yalan olduğu bildirilir. Statistikalar göstərir ki, texnologiyadan heç də yaxşı məqsədlər üçün istifadə etmirik. Təbii ki, Azərbaycanda da bunun daha çox zərərləri ortaya çıxır. İki yol var: ya qlobal nəzarət sistemi olmalıdır, ya da vəziyyət getdikcə cızığından çıxacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri