Icma.az
close
up
RU
Vitali Borisov: Məqsədə çata bilmədiyimiz üçün Azərbaycan millisi ilə müqaviləm yenilənmədi

Vitali Borisov: Məqsədə çata bilmədiyimiz üçün Azərbaycan millisi ilə müqaviləm yenilənmədi

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan futzal millisinin sabiq baş məşqçisi Vitali Borisov postundan ayrılmasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə “Report”a açıqlama verib.

O, qarşıya qoyulan məqsədə çata bilmədikləri üçün millidən ayrıldığını söyləyib: “Müqavilə imzalayanda qarşıma Avropa çempionatının seçmə mərhələsində qrupdan çıxmaq məqsədi qoymuşdular. Ancaq hədəfə çata bilmədik. Bu səbəbdən müqavilə yenilənmədi”.

O, tələbə futzalçılar arasında keçiriləcək Avropa çempionatına hazırlaşdıqlarını deyib: “Tələbə futzalçılar arasında Xorvatiyada keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Hələ ki, başqa klublardan təkliflər yoxdur. Bu vaxtlar komandalar istirahətdə olurlar. Yəqin ki, çempionat oktyabrda başlayacaq. Hələ ki, müəyyən vaxt var”.

V.Borisov millinin yeni baş məşqçisi Yevgeni Kukseviçin təyinatı ilə bağlı fikirlərini də bölüşüb: “Onu yaxından tanımasam da, zaman-zaman görüşümüz olub. Yeni baş məşqçiyə uğurlar arzulayıram. Ümid edirəm ki, millini yüksək pillələrə qaldıracaq. Nələr olacağını zaman göstərəcək. “Araz-Naxçıvan”da cəmi üç aydır işləyir. Düzdür, komandada ciddi dəyişikliklər görməmişəm, amma baş məşqçinin rəhbərliyi ilə ötən mövsüm çempion oldular. Bu münasibətlə təbrik edirəm. Yenidən millini yüksək pillələrə qardırarsa, buna şad olarıq”.

Qeyd edək ki, Vitali Borisov bir müddət əvvəl Azərbaycan millisinin baş məşqçi postundan ayrılıb. Onu “Araz-Naxçıvan” klubuna da rəhbərlik edən rusiyalı mütəxəssis Yevgeni Kukseviç əvəzləyib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri