Vitse spiker: Milli Hərəkat partiyasının planının qarşısını almaq üçün hər şey ediləcək
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 1 oktyabr, AZƏRTAC
“Müxalif Milli Hərəkat Partiyasının əsas planı keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyətə qaytarmaqdır. Lakin bu baş tutmayacaq, çünki hökumət bunun qarşısını almaq üçün hər şeyi edəcək”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamsında Gürcüstan parlamentin vitse-spikeri Qia Volski bildirib.
Onun sözlərinə görə, hazırda insanları küçələrə, aksiyalara dəvət edən Paata Burçuladze irəli getmək və müxalif hərəkatda populyarlığını qorumaq və bunun üçün fantazmaqorik ssenarilərdən istifadə etmək istəyir. Ümumiyyətlə, qeyri-adekvat adam təəssüratı yaradan bu insan açıq şəkildə Milli Hərəkatın vəsiqələrini göstərib, “qan tökmək lazımdır” deyir.
Vitse-spiker bildirib ki, Mixeil Saakaşvilinin lideri olduğu Milli Hərəkat partiyası oktyabrın 4-də Tbilisidə izdihamlı mitinq və küçə yürüşləri elan edib. Eks-prezident vətəndaşlar və tərəfdarlarına müraciət edərək, onları həmin gün fəal olmağa, küçələrə çıxmağa çağırıb.
Oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçiriləcək. Müxalifət həmin gün kütləvi etiraz aksiyası keçiməyi planlaşdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 01 Oktyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















