Vizamı 25 gündən çoxdur gecikdirir İraq vətəndaşı XİN dən şikayət etdi
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
İraq vətəndaşı Aqeel Hamad Ali Azərbaycan Xarici İşlər Nazirliyindən şikayətçidir.
"Unikal" xəbər verir ki, sözügedən şəxs turist kimi Azərbaycana səfər etmək istəyir. Lakin nazirlikdən onun işi 25 gündən çoxdur ki, gecikdirilir.
"Mən gözəl ölkənizə turist kimi səfər etmək istəyirəm. Buna görə də viza üçün müraciət etdim. Ərizəmi rəsmi "Gate Way" şirkəti vasitəsilə 25 gün əvvəl təqdim etmişəm və təqdim etdiyimi təsdiq edən rəsmi qəbz də var. “Gate Way” ilə əlaqə saxladığımda mənə bildirdilər ki, gecikmə səfirliklə bağlıdır. Bu arada, başqa şirkətdən keçərək müraciət edən şəxslər vizalarını cəmi 5 gün ərzində alırlar. Hörmətli Xarici İşlər Nazirliyindən xahiş edirəm ki, bu gecikməni araşdırsın və vizanın verilməsini sürətləndirsin ki, mən sizin gözəl ölkənizə turist kimi səfər edə bilim" deyə İraq vətəndaşı bildirib.
Qeyd edək ki, "Gate Way" şirkəti Xarici İşlər Nazirliyinin vəzifəli məmurlarından birinə məxsusdur.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















