VK sədri: Azərbaycanda vəkillik institutunun inkişafı Prezident İlham Əliyevin adı ilə də bağlıdır
Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, bu sözləri Vəkillər Kollediyasının (VK) sədri Anar Bağırov VK üzvlərinin konfransında dilə gətirib. O bildirib ki, vəkillik fəaliyyəti hər zaman yüksək məsuliyyət, prinsipiallıq və fədakarlıq tələb edən şərəfli bir peşə olub:
"Cəmiyyətin ədalətə olan inamının formalaşmasında, vətəndaşla dövlət arasında hüquqi balansın və etimadın təmin edilməsində məhz vəkillər mühüm körpü rolunu oynayırlar. Keçirilən bu Konfrans isə həmin məsuliyyətin hərtərəfli təhlil edilməsi, Vəkillər Kollegiyasının fəaliyyətinin nəticələrinin ümumiləşdirilməsi, eləcə də qarşıdakı dövr üçün strateji prioritetlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb edir".
Anar Bağırov bildirib ki, vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının təmin edilməsi, müdafiə hüququnun effektiv həyata keçirilməsi və məhkəmə icraatında tərəflərin bərabərliyinin qorunması müstəqil vəkillik fəaliyyətinin konstitusion əsaslarını təşkil edir və bu institutun cəmiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir:
"Güclü və müstəqil vəkillik institutu olmadan ədalətli məhkəmə araşdırmasından və hüququn aliliyindən danışmaq mümkün deyil. Postsovet məkanında vəkillik institutuna tam müstəqillik verən ilk dövlətlərdən biri Azərbaycan olmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmışdır".
Sədrin sözlərinə görə, Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində qəbul edilmiş çoxsaylı normativ-hüquqi aktlar və islahatlar Ulu Öndərin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə də birbaşa bağlıdır:
"Prezidentin “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsi, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur. Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən tətbiq olunduğunu nəzərə alsaq, qeyd edilməlidir ki, 2004-2018-ci illər ərzində (14 il ərzində) cəmi 5 yazılı test imtahanı keçirilib. Son 3 ildə 6 yazılı test imtahanı keçirilmişdir. Ümumilikdə isə son 8 il ərzində isə bu rəqəm 16-ya çatıb. Bu 16 imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkəmizdə vəkillərin sayı 3 dəfədən çox artaraq 2825-ə çatmışdır. Qeyd olunan vəkillərdən 2706 nəfəri aktiv vəkillik fəaliyyəti ilə məşğuldur, 12 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, 107 vəkil isə dövlət qulluğundadır".
VK sədri xatırladıb ki, Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu baxımdan xüsusi strateji əhəmiyyətə malikdir. Həmin Fərmanla dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması vəkilliyin institusional müstəqilliyinin gücləndirilməsinə əsaslı töhfə verib:
"Xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırılması bu siyasətin ardıcıl davamının bariz nümunəsidir. Qeyd edim ki, 2025-ci ildə 34.073 qərar üzrə 5.999.874,51 manat məbləğ vəkillərə ödənilmişdir. Növbəti il üçün isə dövlət büdcəsindən ödənişsiz hüquqi yardıma görə 9 milyon manat vəsait ayrılmışdır.
Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 28 dekabrın “Vəkil Günü” kimi təsbit edilməsi həmçinin, 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans ölkəmizdə vəkillik institutuna, vəkillərin əməyinə və onların ədalətin təmin olunmasında oynadığı rola verilən yüksək qiymətin təzahürüdür.
Bununla yanaşı, ölkə başçısı cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş 31 oktyabr 2025-ci il tarixli Qanunla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və digər qanunvericilik aktlarına edilmiş dəyişikliklər ölkəmizdə hüquq sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mühüm və ardıcıl addım kimi qiymətləndirilməlidir. Sözügedən dəyişikliklər müdafiə hüququnun səmərəli təmin olunmasına, vəkillik fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təşkili və vəkilliyin institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir.
Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən ən mühüm əlavələrdən biri vəkillik fəaliyyətinin müstəqil hüquq fəaliyyəti kimi qanunvericilik çərçivəsində bir daha tanınmasıdır. Həmçinin vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları dəqiqləşdirilmiş, Vəkillər Kollegiyasının strukturuna dəyişiklik edilərək Vəkillərin İntizam Komissiyası və İxtisas Komissiyası Kollegiyanın orqanları dairəsinə əlavə edilmişdir. Eyni zamanda artıq Kollegiyanın orqanı olan Vəkillərin İxtisas Komissiyasının tərkibində vəkil üzvlərin sayı 5-dən 7-ə çatdırılmışdır. Digər yeniliklər qismində vəkilin xidməti vəsiqəsi, vəkil orderi, vəkil sorğusu, vəkil sirri ilə bağlı anlayışlar, vəkil sorğusuna cavab verilmə müddəti ilə bağlı məsələlər qanunumuzda öz əksini tapmışdır. Mühüm dəyişikliklərdən biri də vəkil olmaq üçün qanunda nəzərdə tutulan 3 illik stajın 1 ilə endirilməsidir.
2018-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda nümayəndəlik institutu məhdudlaşdırılandan sonra, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına daha çox rast gəlinməkdədir. Əksər hallarda, bu şəxslər fəaliyyət göstərdikləri ünvanlarda “vəkil”, “vəkil bürosu”, “vəkil xidmətləri” kimi adlardan reklam olaraq istifadə edirlər. Belə halların qarşısının alınması məqsədilə yeni dəyişikliklərdə vəkillərin müstəsna fəaliyyəti ilə bağlı anlayışların qeyri-vəkillər tərəfindən istifadə edilməsi qadağan olunmuşdur. Bu dəyişiklikdən irəli gələrək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilmiş və vəkil adından qanunsuz istifadə ilə bağlı normalar da təkmilləşdirilmişdir. Digər mühüm dəyişikliklərdən biri isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda intizam pozuntusuna yol vermiş vəkillərə münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin seçilməsi zamanı konkret meyarlar müəyyən olunmuş, vəkillərin intizam icraatı proseduruna yeniliklər edilmişdir.
Qanunumuza edilən dəyişikliklərdən irəli gələrək Kollegiyanın bir sıra daxili sənədlərin qəbul edilməsi, habelə mövcud sənədlərə əlavə və dəyişikliklərin edilməsi Vəkillər Kollegiyasının ali orqanı olan Vəkillər Kollegiyası üzvlərinin Konfransının müstəsna səlahiyyətinə aiddir. Bugünkü Konfransın gündəliyindən də göründüyü kimi, Kollegiyanın fəaliyyətinin hüquqi və institusional əsaslarının təkmilləşdirilməsi məqsədilə bir sıra sənədlərə əlavə və dəyişikliklərin edilməsi, Rəyasət Heyəti tərəfindən qəbul edilmiş bəzi sənədlərin Konfransın təsdiqinə təqdim edilməsi, eyni zamanda yeni sənədlərin qəbul olunması nəzərdə tutulur".
Anar Bağırov diqqətə çatdırıb ki, son 3 il ərzində Rəyasət Heyətinin 62 iclası keçirilib. Bu iclaslarda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimləri keçirilib, Vəkillərin İntizam Komissiyasının rəylərinə, bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması, onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunması, maddi yardımın edilməsi, başqa vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərinə, o cümlədən Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində digər məsələlərə baxılaraq ümumilikdə 1600-dən çox qərar qəbul edilib:
"Qeyd olunan 3 il ərzində Kollegiyanın aparatına 15 mindən çox müraciət daxil olmuş, 2 yeni şöbə Qəbul şöbəsi, Monitorinq və ümumiləşdirmə Şöbəsi yaradılmışdır. Qanunla Rəyasət Heyətinin üzərinə qoylmuş vəzifələrdən biri də statistik hesabatların toplanılıb ümumiləşdirilməsidir. Uzun illərdir ki, bu hesabatların toplanılmasında problemlər var idi. Artıq tam qaydada biz bu məlumatları toplamışıq.
Eyni zamanda qeyd olunmalıdır ki, Vəkillər Kollegiyası yalnız müdafiə funksiyasını həyata keçirən institut kimi deyil, bütövlükdə ədalət mühakiməsi sisteminin formalaşmasında fəal iştirak edən mühüm tərəf kimi çıxış edir. Qanunvericiliyə əsasən, Kollegiya Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində öz nümayəndəsi ilə təmsil olunur ki, bu da vəkillik institutunun məhkəmə hakimiyyətinin effektivliyinə və obyektivliyinə verdiyi töhfənin bariz göstəricisidir.
Bununla yanaşı, Vəkillər Kollegiyası Baş Prokurorluğun Elmi-Məsləhət Şurasında, Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında, habelə Məhkəmə Ekspertizası Şurasında nümayəndə ilə təmsil olunur. Kollegiyanın dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirakı da xüsusi vurğulanmalıdır. Belə ki, son 3 il ərzində Kollegiya tərəfindən 150-ə yaxın normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edilmişdir ki, bu da onun normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyir.
Eyni zamanda Konstitusiya Məhkəməsi ilə əldə edilmiş razılıq əsasında son 3 il ərzində Vəkillər Kollegiyası 80-dən çox iş üzrə mütəxəssis mülahizəsi təqdim etmişdir. Bu mülahizələr hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının hüquqi əsaslarının möhkəmləndirilməsi və hüquqi mövqelərin formalaşması baxımından əhəmiyyətli töhfə hesab olunur.
Son 3 ildə Vəkillər Kollegiyası tərəfindən qurumumuzun müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu baxımdan 2025-ci ildə Gəncə Regional Vəkil Bürosunun – ölkəmizdə artıq 4-cü Regional Vəkil Bürosunun – yeni inzibati binasının açılışı xüsusi qeyd olunmalıdır. Bina cənab Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində Kollegiyanın balansına verilmiş, tam maddi vəsaitimiz hesabına müasir standartlara uyğun yenilənmiş və zəruri texniki avadanlıqlarla təmin edilmişdir. Yeni inzibati bina Qərb bölgəsində vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışını genişləndirir, eyni zamanda gənc hüquqşünaslar üçün peşəkar inkişaf imkanları yaradır və artıq regionun hüquqi xidmət mərkəzinə çevrilməkdədir. Həmçinin cənab Prezident tərəfindən Kollegiyaya ayrılan Vəkillər Kollegiyasının yeni inzibati binasında – “Vəkil evi”ndə Kollegiyanın vəsaiti ilə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir. Ən müasir tələblərə uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq.
Müasir dövrün tələblərinə uyğun olaraq Kollegiya tərəfindən rəqəmsallaşma istiqamətində də mühüm addımlar atılmışdır. Artıq bir neçə ildir tətbiq olunan hüquqi yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron vəkil orderi hüquq xidmətlərində yeni bir səhifə açır. Bu sistem vasitəsilə şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər. Statistik göstəricilər bu layihələrin effektivliyini açıq şəkildə sübut edir. Belə ki, 2026-cı ilin 30 yanvar tarixinədək 74932 elektron order və 100 543 elektron müqavilə rəsmiləşdirilmişdir.
Rəqəmsallaşma istiqamətində işlər bununla yekunlaşmır, növbəti mərhələ olan elektron vəkil sorğusu layihəsidir. Qeyd etmək istərdim ki, layihə ilə bağlı Femida dialoq platforması çərçivəsində Ali Məhkəmədə görüş keçirilərkən müzakirələr aparılmışdır. Hal-hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra sistem istifadəyə veriləcəkdir.
Vəkillərin peşəkar inkişafı Vəkillər Kollegiyasının fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir. Bu məqsədlə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq çərçivəsində, habelə Vəkillər Kollegiyasının Tədris Mərkəzi tərəfindən vəkillər üçün ixtisasartırma və digər peşəkar təlim proqramları ardıcıl və sistemli şəkildə həyata keçirilir və hazırda da davam etdirilir. Bu təlimlər vəkillərin bilik və bacarıqlarının müasir hüquqi çağırışlara uyğun şəkildə təkmilləşdirilməsinə, peşə etikası və praktiki fəaliyyət sahəsində inkişafına mühüm töhfə verir.
Eyni zamanda, qanunvericiliyimizə edilmiş son dəyişikliklərə əsasən, Vəkillər Kollegiyasının üzvlərinin Konfransı tərəfindən vəkillərin il ərzində iştirak etməli olduqları icbari tədris tədbirlərinin minimal saat sayının müəyyən edilməsi nəzərdə tutulur. Bu mexanizm vəkillərin davamlı peşəkar inkişafının institusional əsasda təmin edilməsinə xidmət edir. Bu gün keçirilən tədbirdə də sözügedən məsələ ətraflı şəkildə müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcəkdir.
Eyni zamanda “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının sayları beynəlxalq identifikasiya kodu alaraq, beynəlxalq standartlara uyğun şəkildə, müasir nəşr tələbləri və peşəkar yanaşmalar əsasında çap olunaraq oxuculara təqdim edilib. Qeyd olunmalıdır ki, 2025-ci ildə "Azərbaycan Vəkili" elmi-praktik hüquq jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil olunmuşdur. Böyük qürur hissi ilə qeyd etmək istərdim ki, Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hazırlanan hüquq sahəsində məqalə dərc edən jurnallara dair sorğuda Azərbaycan Vəkili Jurnalı ən çox oxunan jurnal olaraq seçilmişdir. Həmçinin Kollegiya tərəfindən digər tərəfdaşlarla birgə “Konsitusiya və suverenlik” ilinə həsr olunan “Vəkillik fəaliyyəti” adlı dərslik çap olunur. Yaxın vaxtlarda vəsaitin təntənəli təqdimatı keçiriləcəkdir.
Vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər və maneəsiz çıxışının təmin edilməsi də daim diqqət mərkəzində saxlanılmışdır. Kollegiya tərəfindən həyata keçirilən sosial-hüquqi tədbirlər nəticəsində son illərdə 15 mindən çox vətəndaş Pro Bono hüquqi yardımdan faydalanmışdır.
Son 3 il ərzində Vəkillər Kollegiyasının beynəlxalq sahədə də bir sıra uğurları olmuşdur. Kollegiyanın nümayəndələri son 3 il ərzində 50-dən çox beynəlxalq tədbirdə iştirak etmişdir. Görülən işlərin davamı kimi, Kollegiyamız daha 2 yeni beynəlxalq nüfuzlu təşkilata - Avropa Gənc Vəkillər Assosiasiyasına (EYBA) və Avropa Vəkillər Kollegiyaları Federasiyasına (FBE) üzv qəbul edilib. Cari ildə Kollegiyanın təşkilatçılığı ilə Avropa Gənc Vəkillər Assosiasiyasının növbəti Ümumi Yığıncağı və eyni zamanda Payız Konfransı Bakıda keçiriləcəkdir. Tədbirdə 100-dən çox xarici vəkillər iştirak edəcəkdir.
Bütün bu fəaliyyət istiqamətləri və əldə olunan nəticələr vəkillik institutunun cəmiyyətdə tutduğu yerin və əsl mahiyyətinin daha aydın dərk olunmasına imkan verir.
Sonda bir daha qeyd etmək istəyirəm ki, vəkil vətəndaşı qanundan deyil, qanun pozuntusundan müdafiə edir. Vəkil öz fəaliyyəti ilə qanunçuluğun möhkəmlənməsinə, vətəndaşların qanuna, ədalətə və bütövlükdə dövlətə inamının artmasına xidmət edir. Məhz buna görə vəkillik yalnız peşə fəaliyyəti deyil, eyni zamanda cəmiyyət qarşısında daşıdığı məsuliyyət baxımından vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsi kimi çıxış edir.
Unutmamalıyıq ki, cənab Prezidentin də qeyd etdiyi kimi vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır".
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Amnistiya institutunun Azərbaycanda formalaşması Heydər Əliyevin adı ilə bağlıdır
17 Dekabr 2025 16:05
Azərbaycanın uğurlu inkişafı: Prezident İlham Əliyevin liderliyində yeni dövr
23 Dekabr 2025 14:53
Azərbaycanın beynəlxalq mövqeyi və inkişafı Prezident İlham Əliyevin müsahibəsi
08 Yanvar 2026 10:16
Prezident İlham Əliyevin DOĞUM GÜNÜDÜR
24 Dekabr 2024 00:07
Prezident İlham Əliyevin Slovakiyaya KONKRET
09 Dekabr 2025 22:40
Baxış sayı:88
Bu xəbər 31 Yanvar 2026 13:23 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları