Icma.az
close
up
RU
Vladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərdən biri adlandırıb

Vladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərdən biri adlandırıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva, 19 iyun, AZƏRTAC

“Qazaxıstan Rusiya üçün ən yaxın dövlətlərdən biri və etibarlı müttəfiqdir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib. Qazaxıstanlı jurnalistin sualını cavablandırarkən Rusiya dövlət başçısı iki ölkə arasında münasibətlərin enerji və logistika sahəsindən tutmuş humanitar, təhsil, hüquq-mühafizə və müdafiə sahələrinədək bütün istiqamətlərdə hərtərəfli inkişaf etdiyini vurğulayıb.

Vladimir Putin xatırladıb ki, tarixən Qazaxıstana qaz tədarükü Rusiyadan həyata keçirilib və hazırda Prezident Kasım-Jomart Tokayevlə bu sahədə tərəfdaşlığın genişləndirilməsi və üçüncü ölkələrin bazarlarına birgə çıxış imkanları müzakirə olunur. O, həmçinin bildirib ki, Qazaxıstan neftinin əsas hissəsi Rusiya ərazisindən ixrac olunur və Moskva nəqliyyat marşrutlarının şaxələndirilməsinə dəstək göstərməyə hazırdır.

Prezident iki ölkənin kosmik sahədə fəal əməkdaşlıq etdiyinə işarə edib və bildirib ki, Rusiya və Qazaxıstan Baykonur kosmodromundan birgə istifadə edir və peyk proqramlarını inkişaf etdirir. Bundan əlavə, ikitərəfli ticarət dövriyyəsinin 95 faizindən çoxu milli valyutalarla aparılır.

Vladimir Putin təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, Rusiya və Qazaxıstan mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizədə, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində uğurlu əməkdaşlıq edirlər. Prezident vurğulayıb ki, KTMT-nin fəaliyyəti xüsusilə də qonşu Əfqanıstandakı qeyri-sabit vəziyyət fonunda regionda təhlükəsizliyin təmin olunmasına yönəlib.

“Aramızda dünyanın ən uzun quru sərhədimiz var və bu, əhəmiyyətli faktordur. Bununla bağlı da münasibətlərimizi inkişaf etdirəcəyik”, – deyə Rusiya lideri bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 02:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri