Voleybol Federasiyası yeniyetmələr arasında seleksiya prosesini davam etdirir FOTO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.
İdman.Biz AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Seçim günü” çərçivəsində növbəti seçimlər Sumqayıt şəhərində təşkil olunub.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Sumqayıt və Şərqi Zəngəzur Regional Voleybol Klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü qız voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.
Seçim mərhələsini uğurla keçən idmançıların yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacağı bildirilib.
Qeyd edək ki, seleksiya prosesi davam edəcək. Növbəti “Seçim günü” yanvarın 24-də Gəncə şəhərində keçiriləcək.
Baxış sayı:50
Bu xəbər 18 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















