Icma.az
close
up
RU
Volkswagen” Braziliyada ağır əmək şəraitinə görə milyonlarla avro məbləğində cərimələnib

Volkswagen” Braziliyada ağır əmək şəraitinə görə milyonlarla avro məbləğində cərimələnib

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 30 avqust, AZƏRTAC

“Volkswagen” şirkəti 1970-1980-ci illərdə Braziliyada qul əməyinə bənzər iş şəraitinə yol verdiyinə görə milyonlarla avro məbləğində təzminat ödəməyə məhkum edilib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Braziliya Əmək Məhkəməsi alman avtomobil istehsalçısının bu ölkədəki törəmə şirkətinin təxminən 26 milyon avro məbləğində təzminat ödəməsinə qərar verib. Məhkəmənin qərarında yüzlərlə işçinin şirkətə məxsus müəssisədə alçaldıcı iş şəraitində, borc əsarətində və silahlı nəzarət altında çalışdığı qeyd olunur. Şirkət qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Braziliyanın Para ştatındakı Vale do Rio Kristalino adlı fermada ən azı 15 nəfərin istismar edildiyi, nəhəng təsərrüfat zonasında ağır zorakılıq hallarına yol verildiyi iddia olunur. İddialar 1983-cü ildə fermadan qaçan işçilərin danışdıqları əsasında katolik keşiş tərəfindən ictimailəşdirilib. Məlumatlara görə, işçilər yalan vədlərlə fermaya cəlb edilib, iradələrinə zidd olaraq orada saxlanılıb, ağır şəraitdə işləməyə məcbur ediliblər. Keşiş, həmçinin fermada zorlamalar və hətta qətllər barədə də məlumatlar aldığını deyib. Avtomobil istehsalçısı bu ittihamları həmişə rədd edib. Şirkət fermanı 1986-cı ildə satıb.

“Volkswagen” şirkətinin təmsilçiləri məhkəmə prosesində həmin işçilərin rəsmi qaydada işə götürülmədiyini və vasitəçilərlə formal əmək münasibətlərinin olmadığını bildirib. Lakin məhkəmə “Volkswagen”in inzibati məsuliyyət daşımadığını iddia etməsinin şirkəti xüsusilə ağır xarakterli ittihamlardan azad etmədiyinə hökm verib. Qeyd edək ki, “Volkswagen” hərbi diktatura (1964-1985) dövründə insan hüquqlarının pozulmasına görə 2020-ci ildə 5,7 milyon avro məbləğində təzminat ödəyib. Bu ödənişlərə sözügedən maldarlıq fermasında mümkün hüquq pozuntuları da daxil edilib.

Braziliyada qul əməyinə 1888-ci ildən rəsmi şəkildə son qoyulub. Lakin işçilərin əməkhaqqı ödənilmədən və ya məcburi işə cəlb edilməsi təcrübəsi hələ də davam etməkdədir. Hökumət 1995-ci ildə bu cür istismara qarşı qanunlar qəbul edib və kənd ərazilərində, eləcə də şəhər mərkəzlərində yoxlamalar aparan mobil qruplar yaradıb. Bu qruplar indiyədək 60 mindən çox insanı istismardan xilas edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri