Icma.az
close
up
RU
Voskanyanın Pezeşkian sancısı:Bakının anti erməni məqsədi olan Turan dəhlizi...

Voskanyanın Pezeşkian sancısı:Bakının anti erməni məqsədi olan Turan dəhlizi...

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər vermişdik ki, İran Prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana səfər edir.  Səfər ikitərəfli əməkdaşlığı və dostluq əlaqələrini gücləndirmək niyyəti daşıyır. İran regional gərginliyi azaltmaqla Culfa-Naxçıvan dəmir yolunu yenidən canlandıra, Bakı ilə İrəvan arasında etimadın yaranmasına kömək edə bilər. Bununla yanaşı, transsərhəd bazarların inkişafı, regional təşkilatlarda əməkdaşlıq və Xəzər dənizinin hüquqi rejimi kimi strateji məsələlər üzrə dialoq münasibətlərin möhkəmlənməsi üçün əsasdır.

Ermənilər yeganə "müttəfiq qonşu" kimi dəyərləndirdiyi İranın Azərbaycanla heç bir diplomatik əlaqəsinin olmasını istəmədiyi bir vaxtda bu xəbəri məyusluqla qarşılayıb.

Adalet.az xəbər verir ki, Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri, iranşünas Vardan Voskanyanın açıqlaması bu narahatçılığı üzə çıxarır. Beləki, bütün açıqlamalarında ədavəti və nifrəti qızışdıran revanşist Voskanyan Azərbaycan İran prezidentinin səfərindən tam şəkildə anti-erməni məqsədləri üçün istifadə etməyə çalışacağını vurğulayıb:"İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri bir çox aspektlərdə mahiyyətcə həll olunmayan ikitərəfli məsələlərin mürəkkəb düyünündə demək olar ki, heç nəyi dəyişməyəcək".
Hətta alimdən , ziyalıdan çox separatçı kimi danışan Voskanyan "proqnozlarını öz təfəkkürünə uyğun vurğulayıb:"Lakin Bakıdakı rejim səfərdən tam şəkildə anti-erməni məqsədləri üçün istifadə etməyə çalışacaq. Buna uyğun olaraq qeyd etmək lazımdır ki, İranın “Turan dəhlizi” (Bakıda ona “Zəngəzur dəhlizi” ləqəbi verilir) ilə bağlı mövqelərində heç bir şəraitdə dəyişiklik və ya yumşalma ola bilməz".
Narahatçılığını heç cür basıb-bağlaya bilməyən Voskanyan özünə təsəlli də verir:" İran Bakıdakı rejimlə başqa heç bir anti-erməni məsələsində razılığa gələ bilməz, çünki bu, Tehranın da maraqlarına uyğun deyil. Bakı təbliğat maşınının artıq dövriyyəyə buraxdığı, guya erməni tərəfinin “Turan dəhlizi” vermədiyi təqdirdə Naxçıvanla quru əlaqəsinin İran ərazisindən həyata keçiriləcəyi barədə yalan tezis Ermənistana sırf primitiv təzyiq vasitəsidir".
Qeyd edək ki, Voskanyanın bəlkədə ən çox qorxduğu Zəngəzur dəhlizinin açılmasıdır. Beləki o ötən ilin oktyabrında qeyd etmişdi ki, Zəngəzur dəhlizi “Turan dəhlizi”dir ki, Azərbaycanla Naxçıvan arasında deyil, Türkiyə ilə Azərbaycan arasında quru əlaqəni təmin etməli, həm də Türkiyə ilə Orta Asiyanın türkdilli dövlətləri arasında ən qısa və fasiləsiz rabitə yolu Azərbaycan üzərindən keçməlidir.
Müvafiq olaraq, Zəngəzur dəhlizi adı sadəcə olaraq öz əsl məzmunu və mülahizəsini gizlətmək üçün bir vasitədir. Ona görə də “Turan dəhlizi” onun əsl mahiyyətini əks etdirir”.
İran Prezidenti Pezeşkianinin Bakı səfəri Voskanyanın bu qorxusunu pik həddə çatdırıb.
Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Aprel 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri