Icma.az
close
up
RU
Votsapın yeni funksiyası: Rahatlıq, yoxsa şəxsi sərhədlərə müdaxilə?

Votsapın yeni funksiyası: Rahatlıq, yoxsa şəxsi sərhədlərə müdaxilə?

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"WhatsApp"ın (votsap) çoxdan gözlənilən "istifadəçi adı" funksiyası ilə bağlı yeni detallar üzə çıxıb. Bu yenilik sayəsində artıq telefon nömrəsinə ehtiyac olmadan, sadəcə istifadəçi adını yazaraq səsli və ya video zəng etmək mümkün olacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən marketinq üzrə mütəxəssis Vüsalə Tağıyeva vurğuladı ki, votsapın "istifadəçi adı ilə zəng" funksiyası ünsiyyəti daha çevik və məqsədli hala gətirə bilər:

"Xüsusilə də şəxsi brendini quranlar, izləyici kütləsi ilə əlaqə yaratmaq istəyənlər üçün bu cür birbaşa və nömrəsiz ünsiyyət modeli böyük rahatlıq yaradır. Parol əlavə etmək imkanı da təhlükəsizliyi müəyyən qədər təmin edir. Marketinq baxımından isə bu, brendlər üçün yeni bir kanalın, yəni, "şəxsi, amma nömrəsiz əlaqə nöqtəsi"nin yaranması deməkdir. Bu imkan, istifadəçilərlə daha yaxın, şəxsiyyət yönümlü və güvənə əsaslanan dialoqlar qurmağa şərait yaradır. Söhbətlərə şəxsi toxunuş verdiyinə görə, istifadəçi təcrübəsini fərdiləşdirmək və loyallıq yaratmaq baxımından mühüm fürsətdir”.

Müsahibimiz əlavə etdi ki, bu məsələyə insani və əxlaqi dəyərlər kontekstindən yanaşıldıqda, bu funksiya insanlara rahatlıq əvəzinə narahatlıq, əlçatanlıq əvəzinə müdafiəsizlik hissi yaşadırsa, burada ciddi bir texniki yanaşma problemi var:

“Biz texnologiyanın bizi yaxınlaşdırmasını istəyirik, nəzarət altına almasını yox. Yenilik o zaman dəyərlidir ki, həm sərhədlərimizi, həm də seçim haqqımızı qoruyur. Texnologiya insanın həyatına qonaq kimi gəlməlidir, qapını döyərək, icazə alaraq. Əks halda, rahatlıq yaratmaq əvəzinə bizi daim özündən asılı halda saxlayan bir alətə çevrilir.

Ümumi qiymətləndirmə olaraq isə düşünürəm ki, bu funksiya düzgün tənzimlənərsə və istifadəçiyə tam nəzarət verilərsə, faydalı ola bilər. Amma texnoloji imkanlar insanın təməl ehtiyacları, şəxsi sərhədləri, özəl həyat və seçim hüququ üzərində qurulmamalıdır. Bizə lazım olan təkcə yeni funksiyalar deyil, o funksiyaların arxasında duran empatiya və etika anlayışıdır”.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri